01 Avqust 2021

Fars, rus, erməni – türkün düşməni və Türkiyədə yanğınları söndürənlər

Pulu İranı vurmaqdan, şiə dövlətini vəhşi rejim kimi göstərməyə çalışmaqdan çıxan sionist media işçiləri indi də milliyyət söhbətinə əl atıblar. Məlum olduğu kimi İsrail həqiqi İslam olaraq Səudiyyəni, vəhabi ölkəsini göstərməyə cəhd etdiyi halda, şiə dövlətini daim vurmağa çalışır. Bu yolda da hər cür çirkinliyə, alçaqlığa əl atmalarını sionistpərəst mediadan istəyir. Əbəs deyil ki, bir zamanlar özlərinin Azərbaycanda təsir agentləri olan Axar saytı kimi saytlarına əmr vermişdilər ki, Ərbəin ziyarətindən yazılar hazırlasın və bununla da xalqın böyük əksəriyyətinin inancını təhqir etsin.

İndi də deyirlər ki, güya İranda milli azlıqlar əziyyət çəkir. Bunların içində güya azəridillilər xüsusi diqqət çəkir. Çünki iddialarına görə İranda 40-50 milyon azəri yaşayır. Maraqlıdır ki, bu azərilərin də “lideri” nədənsə Azərbaycana, Türkiyəyə getmək əvəzinə qaçıb gedib Amerikaya. Yəqin ki, bu “lider” İranda azərilərin əliylə inqilab edəndən sonra Amerikanın “zapas” saxladığı Rza şahın ayaqqabı “şotkalayanı” vəzifəsində çalışacaq.

Yerlibazlıq söhbətini etdikləri vaxtda da nədənsə Türkiyədə meşə yanğınları baş verdi. Bütün günü rus, fars və ermənini türkün düşməni hesab edən bu millətpərəstlərin hərəsi əllərindən düzəltdikləri bozqurd başının ağzında bir içim su gətirsəydi bəlkə də Türkiyəni xilas edə bilərdilər. Amma, onların bundan daha mühüm işləri var – İrana çığırmaq.

Bəs Türkiyədəki yanğınları kim söndürür? Nə ABŞ, nə sionist nə də onların nökərləri. Türkiyədəki yanğınları nəvələrinə ulamaq öyrədənlərin türkün düşməni hesab etdikləri ruslar və iranlılar söndürür. Amma, İran yanğınsöndürmə təyyarələrinin Türkiyəyə yardımı barədə nədənsə Axar saytında xəbər görmədik.

Deməli, nəvələrinə ulamaq öyrədən millətpərəstlərin, başqa sözlə desək xəstə zehniyyətə malik olan insanların dediyinin əksinə olaraq Rusiya və İran türkün düşməni deyil.

Erməniyə gəldikdə isə onlar türkün düşməni olaraq tanınır. Amma, Türkiyə prezidenti nədənsə etiraf edib deyir ki, mən hakimiyyətə gələndə ermənilərlə işbirliyi etdim, iki xalqın arasının düzəldilməsinə dair işlər gördüm. Yutub kanalına baxsanız bu barədə çoxsayda məlumatlar görə bilərsiniz. O zamankı prezidentlərdən olan Süleyman Dəmirəl də Ermənistanla Azərbaycan arasında qızğın müharibə gedərkən Ermənistana buğda daşıyırdı.


2702 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP