11 İyul 2021

Fazil Qəzənfəroğlu FETÖ-yə qoşulmazdan qabaq müdrik idi yoxsa səfeh?

Fazil Qəzənfəroğlu yazır: “İslam dini elə bir dindir ki, ağıllı adamı daha da müdrikləşdirir, səfehi isə daha da səfehləşdirir. Diqqət edirsinizsə, minlərlə insan, bəlkə də hələ Quran oxumadan, başlarına hicab taxmadan əvvəl daha səmimi idi, amma dinin içinə girdikdən sonra saxtakar və dələduza çevriliblər.”

Fətullah Gülənin ətəyində namaz qılan bu “islamçının” sözləriylə razılaşmaq olmur. Məlumdur ki, səfeh deyərkən məqsədi müdriklikdən uzaq olan şəxsdir. Ola bilər onun İslam hesab etdiyi fetöçülük bu cürdür, amma, həqiqi İslam hər kəsi düşünməyə, səfehlikdən çıxmağa dəvət edir.

Fazilin dediyi sözlə razılaşmamağa bizi vadar edən elə onun özüdür. Belə ki, siz Fazilin İslam dini hesab etdiyi fətullahçılığa qoşulmazdan əvvəlki fəaliyyəti ilə Fətullaha qoşulandan sonrakı durumunu müqayisə edin. Əvvəllər, adam xalqın sevimlisi idi. Çünki zalım rejimə qarşı mübarizə aparan, bundan ötrü həbsləri gözə alan bir şəxs idi. Amma, fətullahçılığa qoşulandan sonra Fazilə səfeh desək, səfehlərin haqqına girmiş olarıq. Gah durub Ramazan bayramında əzadarlıq fraqmentlərini sosial şəbəkədə paylaşıb təhqir edir, gah xalqa “siyğədən doğulan” deyir... Bütün günü işi-gücü müsəlman xalqı təhqir etməkdir. Bundan yaxşı səfeh? Deməli, onun İslam hesab etdiyi (təbii ki, İslam deyərkən mənəvi atası Fətullahın dinini nəzərdə tutur) fətullahçılıq dini onu daha da müdrik etmək əvəzinə (çünki özü deyir ki, FETÖ-çülük müdriki daha da müdrikləşdirir) əksinə, daha da səfehləşdirib. Əlbəttə, biz, onun haqqında yaxşı düşünüb belə deyirik. Yox, əgər, onun “İslam dini... səfehi isə daha da səfehləşdirir” sözüylə razılaşsaq gərək onda qəbul edək ki, o, müxalifətçi olan və Fətullaha qoşulmayan vaxtlarda da səfeh adam idi, Fətullah Gülənin dininə qoşulandan sonra daha da səfehləşib. Amma, Fetö-nün ətəyində namaz qılmazdan qabaq adam kimi adam idi axı. Necə deyək ki, səfeh idi. Deməli onun dediyi kimi – FETÖ dini ağıllı adamı daha da müdrikləşdirir sözü yanlışdır, çünki biz Fazilin timsalında bunun tam əksini görürük. Deməli, onun “nəzriyyəsi” batil nəzəriyyədir.


1863 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP