08 İyun 2021
Cecelinin, Sərdar Ortacın konserti və məscid qadağaları
Azərbaycanda zalım rejimin məscidlərin açılmasıyla bağlı olan qərarından hamınızın xəbəri vardır. Əsas olaraq deyirlər ki, 50 nəfərdən çox adam olmasın, maska, dezinfekesion qaydalar, sosial məsafə riayət edilsin. Gələnlər COVİD 19 əleyhinə olan vaksen pasportu göstərərək məscidə daxil olsun, ancaq namaz vaxtı məscid açıq olsun, 14 yaşından aşağı kimsə məscidə buraxılmasın. Biz də bu alçaqlardan günlərdir soruşuruq ki, bəs niyə bu axmaq qaydalar metrolarda, avtobuslarda, supermarketlərdə tətbiq olunmur. Bütün bu sualalra cavab verməmələri azmış kimi hələ məlum qərar çıxan gündən bu günə qədər ölkədə Türkiyədən gələn iki müğənninin konsert verməsinə də imkan veriblər. Deyək ki, camaat 250-300 manatlıq maaşı olan işini itirmək istəmir, ölkəyə də xalqın qanına susayan zalım bir rejim tərəfindən çoxsayda avtobus gətirilmədiyi üçün məcbur olub insanlar bir-birinin üstündə avtobusda işə gedirlər. Ay alçaqlar, bəs Cecelinin, Sərdar Ortacın konsertlərinə nə sözünüz? Bu basa-basda basa-bas yaradacaq konsertlərin heç yeridir? Adamlar orada maskaya riayət etmir, azyaşlı uşaqlar ora buraxılır, sosial məsafəyə riayət edən yoxdur, əksinə oğlan-qız bir-birinin qarnına girir az qalsın. Özü də məsciddə olduğu kimi beş-on dəqiqəlik (ancaq namaz vaxtı) yox, bir neçə saatlıq konsert davam edir. Sonra bu rejimi Avropadan söyəndə deyirlər ki, bizi niyə söyürsünüz? Siz elə söyülməli alçaqlarsınız. Məscid əhli həyalı, dindar olduğu üçün həyasına sığınıb sizi söymür. Məscid əhlinin başına gətirdiklərini başqalarının başına gətirəndə ölünüzə qədər söyürlər. Sizin kimi alçaqların ucbatından müsəlman xalq dini inancını düzgün yaşaya bilmir.
Zalım rejim cəhənnəmə, müsəlman xalq ayıq-sayıq olmalıdır. Bunlar göz görə-görə müsəlmanları oda çəkmək istəyirlər. Bir yandan məlum qaydaların xəbərini yayır, bunu QMİ tərəfindən “ilahi vəhy” kimi xalqa sırımağa çalışırlar, digər tərəfədən müsəlman xalqa qıcıq verib əxlaqsız adamların konsert keçirtməsinə icazə verir, həmin qanunları konsertdə tətbiq də etmirlər.
Müsəlman xalq bu cür alçaqlığın, şərəfsizliyin qarşısında aciz və heçnəsiz dayanmamalıdır. Çünki bu işi etməklə onlar açıq-aşkar bir xalqı, özü də müsəlman xalqı vecə almırlar. Xalq etiraz etməli, bu cür alçaqların layiqli cavabını verməlidir.
Məscidə gəlməsi qadağan edilən insanlar Qarabağın alınmasında yaxından iştirak edən, canını verən mömin oğulların ana-bacıları, qardaşlarıdır. Onlar canlarını verməyib ki, hər alçaq, şərəfsiz, əxlaqsız gəlib həmin yerlərdə konsert versin. (Sabah, biri gün Ərdoğan onların Şuşadakı konsertini də təşkil edəcək.) Burdan şəhidlərin hicablı, dili zikrli, əli təsbehli anaları məscidə gedə bilmir, digər yandan hansısa şərəfsiz gəlib onların qanlarını tapdalayıb əxlaqsız konsertlər verəcək, əxlaqsız rejim də buna göz yumacaq, bilə-bilə onlar üçün şərait yaradacaq.
Ona görə də xalq heysiyyətli olmalı, bu cür şərəfsizliklərə meydan verməməli, haqlı olaraq əxlaqsızlığın yığışdırılmasını və dinin, mənəviyyatın təbliğ edilməsini zalım rejimdən israrla tələb etməlidir.