24 May 2021

Hakimiyyət bayram günü də yalan danışmağı ustalıqla bacarır

Ramazan bayramında namaz və festivala dair bir neçə söz

Azərbaycan hakimiyyəti xalqı aldada-aldada gedir. Xalq da gözüyumulu sanki qəbul edir hər şeyi. Qarabağ müharibəsindən əvvəl də, müharibə gedə-gedə də, ondan sonra da xalqı aldatdılar və aldadırlar. Bu xalq, dindarlar, din tələbələri - qeyrətli oğullar gedib Qarabağı işğaldan azad edib ki, rəzil bir hakimiyyət gedib orada konsert keçirtsin?

Deməli, Şəvval ayının birində, yəni mübarək Ramazan bayramında Şuşada həm konsert keçirilib, həm də bayram namazı qılınıb . Sosial şəbəkələrdə təbii ki, bu, birmənalı qarşılanmadı. Ona görə ki, alçaqlar gedib Şuşada heç bir sosial məsafəyə riayət etmədən konsert keçiriblər. Fotolar sosial şəbəkələrdə vardır. Camaatı işindən-gücündən edib evdə həbs ediblər, lazımi köməkliyi də göstərmirlər, özləri gedib Şuşada konsert keçirirlər. Camaat namazı qılanların arasında “beş metr fasilə” var, amma konsertdə iştirak edənlər və musiqiçilər Bakıdakı avtobuslarımızı xatırladır. Düzdür, avtobuslarda basa-basdır, hamı bir-birinin üstündə gedir. Bir nəfər də hakimiyyət adamlarına demir ki, ay alçaq məmurlar, niyə bunu görüb heç nə demir, başqa avtobuslar gətirmirsiniz?

Elə Xarıbülbül festivalı da bu cür keçdi. Nə maskaya riayət edildi, nə də fasiləyə. Camaat namazında isə namaz qılanlar maska bağlayıb namaz qıldılar. Arada da “beş metr fasilə”.

Ona görə də bu xalq bu hakimiyyətə heç zaman inanmır. Amma, inanmamaq kifayət deyil. (İnancdan əlavə əməli olaraq iş görmək lazımdır.) Bu, açıq-aşkar xalqı təhqir etməkdir. Xalqın da cınqırı çıxmır. Hakimiyyət açıq-aydın xalqı təhqir edir, dindarları sanki vecinə almır. Açıq-aşkar deyir ki, korona-morona boş şeydir, mən nə vaxt desəm, o vaxt məscidlər açılacaq. Əslində, bu xalq üçün ən böyük korona elə bizim hakimiyyətdir. Eyni gündə, eyni şəhərdə - məsciddə fasilə və maska ilə namaza icazə verən (o da çarəsizlikdən), konsertdə isə fasiləsiz və maskasız oturan diktarura rejimi...

Özü də utanmaz-utanmaz Türkiyəni özlərinə qardaş bilir, bayrağını Şuşada qaldırırlar. Ay alçaqlar, Türkiyədə ən azından məscidlər fərdi ibadət üçün açıqdır. Niyə bəs Türkiyədən ibrət almırsız? Halbuki Türkiyədə də virus mövcuddur. Amma, onlar artıq virusla yaşamağı, Allaha təvəkkül edib məscidlərə getməyi qəbul ediblər. Bizim hakimiyyət isə qurddur, bilir ki, qadağaları aradan götürsələr xalqı bu alçaq hakimiyyəti tarixin zibilliklərinə gömmək üçün hazırlaşacaq. Çünki o qədər rəzil günə qalıblar ki, artıq Qarabağ alınandan sonra da xalqın onlara olan qəzəbi sönmədi. Bəli, bir müddət Qarabağ naminə hər kəs milli mənafeyi nəzərə alıb bütün gücünü xarici düşmən əleyhinə işlətdi. Amma, elə onda da indi də xalq bilir ki, bu alçaqlar torpağı da öz mənfəəti üçün alıb. Ona görə də xalq bunlara aldanmamalı, xarici düşmənlərdən 20 faiz torpaqları aldığı (?!) kimi daxili düşmənlərdən də 100 fazi torpaqları almalıdır.


2048 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP