18 May 2021

Ərdoğandan Həsən Ruhaniyə: Qorxmayın, arxanızda dayanmışam

Ərdoğanın Həsən Ruhaniyə zəng etməsi barədə bir neçə söz

Ərdoğan iranlı həmkarı Həsən Ruhaniyə telefon açaraq Fələstin barədə söhbət edib. Xəbərdə deyilir: “Deyerler.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan bu barədə öz Telegram səhifəsində yazıb. "Mən İran prezidenti cənab Həsən Ruhani ilə telefonla danışdım. Biz İsrailin Fələstinə hücumunu və Türkiyə-İran münasibətlərini müzakirə etdik. Mən qeyd etdim ki, Türkiyə İsrailin Fələstinə hücumuna ən sərt şəkildə reaksiya verir və bunu davam etdirəcək. Həmçinin qeyd etdim ki, beynəlxalq ictimaiyyət İsrailin məsuliyyətsiz və cinayətkar hücumları qarşısında onlara güclü və tutarlı dərs verməlidir", - deyə Ərdoğan qeyd edib.”

Rəcəb Təyyib Ərdoğan Suriya məsələsi meydana çıxmazdan qabaq – illər əvvəl Davosda - elə sionist prezidentinin üzünə onların qatil olduğunu hayqırmaqla daha çox şöhrət qazandı. Daha sonra sionistlərin qanunsuz atası sayılan qaniçən ABŞ dövlətinin maşasına çevrilib Suriya olaylarında bütün işləri xarabladı. Hazırda sionistlərin Fələstinə hücum etməsinin - illərimizi sərf edərək - bir “faydasını” tapmağa çalışsaq, deyə bilərik ki, bu fayda bəlkə Rəcəb Təyyib Ərdoğanın yenə də fürsətdən istifadə edib sionistlərə “xoruzlana” bilməsidir. Ümmətin gözündən düşən Təyyib Ərdoğana bəlkə də müsəlman Şərqində yenidən liderlik imici qazandırmaq üçün ABŞ sionistlərə deyib ki, Fələstinlə vuruşun... Onlar bilir ki, Fələstin, Qəzzə Ərdoğanın “qırmızı xəttidir.” Sonra da Ərdoğan “supermen” kimi dövriyyəyə buraxılacaq ki, Suriyadakı “qəhrəmanlıqlarının” davamı olaraq Fələstində supermenlik eləsin. Bəlkə bununla İslam dünyasında itirilmiş etibarını bərpa edə bildi.

Türkiyənin özündə televiziya proqramlarına çıxıb açıq-aşkar deyirlər ki, Türkiyə indiyədək Fələstinə silah – sursat verməyib. Ancaq, dırnaqarası gözağartmalar, barmaq sirkələmələrlə kifayətləniblər. Bu da sionist kimi bir həyasız rejimin heç vecinə də deyil. Türkiyə siyasi icmalçıları deyir ki, bu günə qədər HƏMAS-a silah-sursat verən İrandır. İran ABŞ və sionistlərdən qorxmadan bu işi görür. Bu məsələ heç bir şəkk-şübhə doğurmayan bir məsələdir. İranın dünyada Suriyanı, Yəməni, HƏMAS-ı, Hizbullahı təmin edən bir dövlət olduğu bütün dünyaya məlumdur.

Gələk Ərdoğanın məsəlinə. Onun Həsən Ruhaniyə zəng edərək onu Fələstin böhranında sionistlərin əleyhinə “tırkalaması” küçə uşaqlarının “davasına” oxşayır. Texnologiya dili ilə desək, manitor, klaviatura, telefon qəhrəmanı. Allahın bir “raqatqasını” Fələstinə yollamayıb, ancaq tribunalardan “eeeyyyy qatil Əsəd” tonunda “eeeyyyy İsrail”, “Eeeeyyy BMT” deyə bağırmaqla kifayətlənir. Sonra İrana zəng vurub əsəblərinin tarıma çəkildiyindən danışır. Özü də deyir ki, mən qeyd etdim ki, Türkiyə İsrailin Fələstinə hücumuna ən sərt şəkildə reaksiya verir və bunu davam etdirəcək. Düz deyir, ordularını Suriyanın işğalı üçün yollayan bu şəxs “eeeyyyy qatil Əsəd” məzmununda qışqırmalar edir... Bütün reaksiya budur. Küçə uşaqları dava edəndə güclünü “tırkalayanlar” ona deyir ki, qorxma, sən get davaya, dalında durmuşam. Amma, dalda durmaq lazım deyil, qabağa keçmək lazımdır.


3417 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP