10 May 2021
Dövlət getsin tərbiyəsiz deputatların tərbiyəsinə nəzarəti gücləndirsin
Sosial şəbəklərdə qarşıya çıxan bir videodakı aparıcının elə ilk cümlələri adamı qəzəbləndirir. Cümlə bundan ibarətdir: “Dövlət uşaqların dini etiqadla bağlı tərbiyəsinə nəzarəti gücləndirib.” Dövlət deyəndə ki, əslində dövlət yox bir neçə dılğır, GÖZƏGİRƏN, yaltaq, təyinatla zooparkda oturan deputat yatıb yuxu görüb ki, uşaqların dini etiqadla bağlı tərbiyəsinə nəzarəti gücləndirmək lazımdır. Bu hakimiyyətin ağsaqqallarından, ağsaqqallar şurasının üzvlərindən, eləcə də təyinatla zooparkda oturanlarından biri də Mirələmov deyildimi? Mübarək Ramazan ayında bu cür xəbərlərlə oruc tutan insanların qanını qaraldan bu alçaqlar gedib Hüsyenbala Mirələmovun - 75 yaşlı alçaq, rəzil, tərbiyəsiz bir qocanın tərbiyəsinə nəzarəti gücləndirsin. Adam YAP-ın xaraba qalmış ofisində oturub tələbələrə onlayn dərs keçərkən nəvəsi yaşında bir qadına qarşı əxlaqsız hərəkət edir. Bu cür alçaqların tərbiyəsinə nəzarəti gücləndirmək lazım idi.
Siz kimsiniz, özünüzü nə hesab edirsiniz, haranın dılğırısınız ki, bizim övladlarımızı siz tərbiyə edirsiniz? Siz gedib hələ öz övladlarınız bir yana qalsın, qoca kaftarlarınızı tərbiyələndirin.
Aparıcı deyir ki, mayın 4-də zoopark, sirk, qocalar evi müvafiq qanuna dəyişiklik etməklə uşaqların məcburən dini mövzularda yönləndirilməsini qadağan edib.
Baxın, bu alçaq deputatlar, GÖZƏGİRƏNLİK etməklə, yuxarılara rüşvət ötürməklə gedib zooparkda özünə kürsü qazanıb. Bunun özü ən böyük alçaqlıq deyilmi? Bunun özü ən böyük tərbiyəsizlik deyilmi? İndi bu cür tərbiyəsizlərin əlinə tərbiyələndirmək üçün uşaq əmanət etmək olar? Təsəvvür edin ki, ata-ana balaca övladını qarşısına qoyub deyəcək ki, bala, rüşvət alma, başqasının namusunda gözün olmasın, bu alçaq, tərbiyəsiz deputatlar isə uşaqlarımızdan mirələmovlar düzəltmək istəyəcək, onlara rüşvət alma yollarını, seçkilərdə saxtakarlıq etmə metodlarını, həmçinin, GÖZƏGİRƏNLİK etməklə necə zooparkda oturmaq olar... və s. bu kimi tərbiyəsizliklər öyrədəcək? Tərbiyəsiz deputatlar insanların tərbiyəsini pozmağa çalışır, adını qoyurlar ki, dövlər belə edir. Niyə bir dəfə telekanalizasiyaya əncam çəkmirsiniz. Bütün günü əxlaqsızlıq, şou göstərilir. Xalqı məcbur edirlər ki, əxlaqsızlığa tamaşa etsin. Yaxşı, bu, ölkə üçün, gənc nəsil üçün, uşaqlar üçün təhlükə deyilmi?