04 May 2021

Asim Molazadənin hanı Nuru Paşaya oxşayan övladları?

Heykəl söhbətinə sözardı

Ara-sıra Azərbaycan gündəmində dava-qırğın gedir. Kimlərsə durub kimlərəsə heykəl qoymaq istəyir. Bir dəfə incəsənət adamları İlham Əliyevlə görüşəndə Bəhrəm Bağırzadə İlham Əliyevə deyirdi ki, mən bu məsələni sizə çatdırmasam məni izləyənlər məni qınayar. Sonra deyir ki, gərək mərhum xeyriyyəçi Hacı Zeynəlabidin Tağıyevə heykəl qoyaq.

İndi də Nuru Paşa üçün heykəl qoyulmasını təklif edirlər. Səbəb budur ki, Nuru Paşa əsrin əvvəllərində Azərbaycana ermənilərin əleyhinə kömək edib. Bu zamanda da Türkiyə Qarabağın işğaldan azad edilməsində Azərbaycana dəstək köstərdiyi üçün Nuru Paşanın heykəli qoyulmalıdır.

Gözəgirənlikdə ad çıxartmış, deputatxananın təyinatlı deputatlarından olan Asim Mollazadə hələ görün nə deyir: “Azərbaycan xalqı bu ordunun başçısını mütləq yad etməlidir.” Bunlara deyən lazımdır ki, sən kimsən ki, Azərbaycan xalqı üçün qərar çıxarırsan? Siz ümumimiyyətlə hansı üzlə, nə haqla özünüzü Azərbaycan xalqının nümayəndəsi (söz sahibi) hesab edirsiniz. Siz nə vaxt özünüzü Azərbaycan xalqının nümayəndəsi hiss etmisiniz? Xalqın Milli Məclisinə rüşvətlə, təyinatla, GÖZƏGİRƏNLİKlə teputat seçənləri qınamaq əvəzinə, özünüz də gedib GÖZƏGİRƏNLİKlər etdikdən, rüşvət verdikdən sonra deputataxanada oturursunuz, imkan vermirsiniz ki, xalq istədiyi təmiz adamı orada əyləşdirsin. Hələ bir utanmaz-utanmaz da durub xalqa göstəriş verirsiniz. Gedin GÖZÜNƏ GİRDİYİNİZ insanlar sizə göstəriş verinlər.

Azərbaycan xalqının öz dərdi özünə bəsdir. Azərbaycan xalqının qərarına hörmətlə yanaşılsaydı bu gün sizin kimi nadürüstlər, yaltaqlar, GÖZƏGİRƏNLƏR gedib xalqın Milli Məclisində xoruldamazdı. Azərbaycan xalqını düşünən, sözünə dəyər verən var ki? Azərbaycan xalqı düşdüyü vəziyytə etiraz edəndə sizin kimi GÖZƏGİRƏNLİK edənlər onu Ermənistan agenti hesab edir, indi nə yaxşı Türkiyənin GÖZÜNƏ GİRMƏK üçün özünüzü türkpərəst hesab edirsiniz?

Nuru Paşanın etdiyini siz də edin də. Harda idi Asim Mollazadənin balaları? Niyə gedib Nuru Paşa kimi ermənilərin əleyhinə vuruşmurdu? Bəlkə gedib ermənilərə qan uddurub, bizim xəbərimiz yoxdur?
Ümumiyyətlə Azərbaycan xalqının düşdüyü yoxsulluq, işsizlik vəziyyətini, borc içində batıb-getməsini nəzərə alıb heykəl, büst fəaliyyətlərinə son qoyulmalıdır. Xalq acından ölür, bunlar durub xalqın büdcsindən kəsib heykəl düzəltmək istəyirlər. Hərəniz saxta mandat aldığınız zaman haramdan nə qədər pullar yığmısınız. Açın sandığınızı, tökün pambığınızı, zəhmət çəkib obyektlərinizdən pul ayırıb istədiyiniz paşalara heykəl qoyun. Lap özünüzə də heykəl qoyun, daha xalqın büdcəsini soymaq nəyə lazımdır?

Koronavirusla mübarizə aparıldığı kimi heykəl xəstəliyi ilə də mübarizə aparmalıyıq. İnsanlara qiymət verilməyən ölkədə heykəllər, büstlər qoyurlar ki, insanlar gedib onlara hörmətlə yanaşsın. Heykəl xəstəliyi olan ölkədə təkcə bir heykəl qoyulsa kifayətdir. O da xəstəliyin heykəli. Qoy bu heykələ hər dəfə baxan xəstələr gedib özlərini müalicə eləsinlər.


2845 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP