06 Aprel 2021

Xalqın maraqlı sualı – Vüqar bu mülkləri maaşı ilə alıb?

“Xalqı soyanlar” silsiləsindən – VÜQAR SƏFƏRLİ

Bizim xalqımız imanını yandırmaq istəmir. Bədəbəddə demir ki, filan məmur xalqı soyub talayıb. Amma, soyub talamamasına da etiqad etmir. Niyə? Çünki bizim dövlətdə xalqı soymaq adi və normal bir işdir. Heç kim təəccüblənmir. Niyə təəccüblənsin ki? Məgər, normal iş üçün təəccüblənərlər? Məgər, məktəbli çantasını çiyninə salıb dərsə gedəndə camaat təəccüb edir? Yoxsa, insan yuxusu gələndə yatırsa, buna hansısa ağıllı təəccüb edir? Dövlətimizin aqibəti də, bu cürdür. Bizim dövlətdə məmur alın təri ilə, əlinin qabarı ilə zəhmət çəkib işləsə, halal qazansa camaat təəccüb edər. Deyər ki, yəqin bu adam yadplanetli-zaddır.

Deməli, xalq demir ki, filan məmur xalqı, dövləti soyub, amma çox gözəl bir sual verir; Suala keçməzdən əvvəl internetdə yazılana baxaq; “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlunun əmlaklarına həbs qoyulub.”

Hə, bax, xəbərin bu hissəsi də təəccüblü deyil. Məmurun əmlakları olar da. Bir məmurun Azərbaycanda əmlakı yoxdursa bu təəccüblüdür.

“Əmlak” ərəb mənşəli sözdür, mülk sözünün cəm formasıdır, yəni mülklər. Əslində bu sözün kökünə getsək bəlkə də sırf Azərbaycan sözüdür. Düzdür, ərəblərdə də mal-mülk çoxdur, hərdən gəlib Azərbaycanda otellərdə pozğun qadınlarla xərcləyirlər. Allah pozğunluğu gözəl diyarımızda yayan bütün əxlaqsızlara lənət eləsin!

Azərbaycanda “əmlak” (mülklər) sözündən başqa “əmlaklar” sözü də vardır. Yəni mülklərin cəm forması. Yəni saysız-hesabsız mülklər, sayı bilinməyən qədər...

Bəs görəsən Vüqar Səfərlinin günahı nədən ibarətdir? Sayt yazır: “İttihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.”

Hə, indi gələk suala... Dedik axı, xalqımız imanını yandırmaq istəmir. Bu xalq onu yandırıb kül edən hakimiyyətin zülmləri altında yaşamağa razı olar, hətta, Allah eləməmiş, üstünə benzin töküb özünü də yandırar, amma imanını yandırmaz. Bizdə imanlının da, imansızın da dilində gəzən “imanımı yandıra bilmərəm” sözü kiminsə haqqında bilmədiyini insan danışmaq istəməyəndə işlədilir. Xalq deyir ki, mən bilmirəm ki, bu adam dövlətdən, xalqdan oğurlayıb yoxsa yox. Amma onu bilirəm ki, dövlətdən aldığı maaşla Vüqar müəllim bu qədər mülkə sahib ola bilməz.

Bu da bir kilkə idi, akulalara dəryada yem oldu. İndi yerinə kimi qoyacaqlar? Hansı bədbəxti inək kimi sağıb yuxarılar vəzifəyə gətirəcək. Daha sonra ona yeməyə icazə verəcək, onun da vaxtı bitəndə tualet kağızı kimi atacaqar.


2221 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP