01 Aprel 2021

Azərbaycanda soyqırımdan, erməni vəhşiliyindən danışmaq niyə ciddiliyini itirib?

20 Yanvar hadisəsi, torpaqların işğaldan azad edilməsi, 31 Mart soyqırımı və s. kimi məsələlərdən danışmaq ölkədə öz ciddiliyini itirib. Görəsən, bütün bunların baisi kimdir. Hətta, torpaqlar işğaldan azad ediləndə dövlətin ən yüksək postlarından deyildi ki, məscidləri dağıdanlarla müsəlman ölkələri dostluq edə bilməz. O da ciddi səslənmədi və qəbul edilmədi. Kimlərsə xüsusi və aşkar olaraq hər hansısa bir müsəlman ölkəsinin adının çəkilməməsinə baxmayaraq qeyd etdi ki, bəs onda niyə Azərbaycan sionist israil rejimi ilə dostluq edir, öpüşüb görüşür? Əgər, söhbət müsəlmanın ehtiramından gedirsə fələstinli qardaşlar da müsəlmandır. Onlara sionist şərəfsizlər göz verib işıq vermir.

Siz sionist rejimin yaradılması tarixindən bu günümüzə qədər olan xəritəyə baxın, görün ildən ilə sionist köpəkləri necə fələstinliləri zorla evlərindən çıxarıb, başlarına bomba yağdırıb? İndi, 20 Yanvar hadisəsini yaşamış, torpaqları uzun illərdir işğalda olan, 31Martda soyqırıma məruz qalmış, Xocalı soyqırımı görmüş bir xalqın yüksək postlarında təmsil olunanlar durub deyir ki, müsəlman ölkələri məscidləri dağıdanlarla dostluq etməməlidir.

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə bir daha bu məsələlər təkrarlanıb, Azərbaycan tərəfi bildirib ki, 60-dan çox məscidi ermənilər dağıdıb, orada donuz saxlayıb və bütün bunlar müsəlman dünyasına təhqirdir.

Bəli, elə eyni sözləri fələstinlilər bu gün bizə deyir. Eyni sözləri Yəmən xalqı bizə deyir. Eyni sözləri Suriyada qırılan körpələr bizə deyir. Necə ki, biz onların müharibələrini “öz daxili məsələləridir” deyib qarışmırıq, necə ki, bizim sionistlərdən, ABŞ-dan, onların köpəkləri olan Ali Səuddan, BƏƏ-dən və s. nökərlərdən çəkinməyimiz səbəbiylə orada qırılanları vecə ala bilmirik, o cür də bütün dünyadan eyni rəftarı görürük. Üstəlik, onların başı öz problemlərinə qarışıb, öz vətənlərini qorumaqla məşğuldurlar. Əksinə, onların bizdən kömək ummağa haqqı vardır. Amma, bizlər Yəmən əleyhinə ABŞ, sionistlər, Avropa savaşdığı üçün biz yəmənliləri müdafiə etmirik. Sonra da gedib orda-burda başlayırıq ki, niyə müsəlman dünyası ermənilərin məscidlərə olan təhqirinə bir söz demir? Halbuki özümüz ölkəmizdə məscidlərə qıfıl vurub oturmuşuq, əl-Əqsa məscidi Fələstində işğal ediləndə heç nə demirik, Yəməndə məscidlər dağıdılanda heç nə demirik. Əksinə, bu işlərin bütün dünyada baiskarı kimi tanınan qaniçən rejimlərlə “dostluğumuz” var.

Bütün bunlar var ikən Azərbaycanda 31 Mart, 20 Yanvar, Xocalı, torpaqların işğaldan azad edilməsi və s. heç də ciddi görünməyəcək, ən yüksək kürsülərdən erməni vəhşilikləri aləmə car çəkilsə də kimsə bizi təbii ki, ciddiyə almayacaq. Çünki özümüz özümüzü ciddiyə almırıq.


2333 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP