23 Mart 2021

Dövlətdən qorxmaz Hüseynovun suyu kimi çirkli fəaliyyəti

“Xalqı soyanlar” silsiləsindən – QORXMAZ HÜSEYNOV

Müsəlman xalqımızın suyla bağlı ona problem yaşadan insanlara deməyə bir kəlmə yaxşı sözü var: Yezid.
Yezid lənətliyin haqqında xüsusi danışmağa ehtiyac yoxdur, çünki əsrlər əvvəl müsəlmanlara zülm edən Yezid və yezidilər haqqında hamımız bilirik. Mühüm olan budur ki, hər dəfə lənətlik Yezidi lənətləyərkən gərək müasir zamanımzda olan yezidləri də lənətləməyi bacaraq.

Bu yezidlərdən biri – haqqında ağız dolusu danışılan – “Azərsu” rəbəri Qorxmaz Hüseynovdur. Familiyasında Hüseyn adı olsa da Yeziddən başqa bir şey deyil.

Adam on ildir ki, “Azərsu” rəhbəridir, saytlar onun on illik fəaliyyətini açıb ortaya qoyub, məlum olub ki, “Azərsu” rəhbəri Qorxmaz Yezid, dövlətdən qorxmadan çirkləndirdiyi sular kimi fəaliyyətini də çirkləndirib. Amma, bu cür insanlar heç də sonradan sudan duru çıxa bilmir.

Sayt yazır: “10 ildir “Azərsu” şirkətinə Qormaz Hüseynov idarəçilik edir. Bu şirkətə hər il dövlət tərəfindən milyardlarla vəsait ayrılsa da, şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətində ciddi bir dəyişiklik olmur: su təchizatı bərbad, içməli suyun keyfiyyəti palçıq kimi, kanalizasiya sistemi murdar günündə, ölkədə su qıtlığı kifayət qədər. Bunun müqabilində isə Qorxmaz Hüseynov qohumlarının adına şirkətlər, o şirkətlərin qalib gəldiyi milyonluq layihələr, tenderlər sayəsində özünun və ailə biznesinin vəsaitini artırıb, mülklər, restoranlar, hamamlar, obyektlərə sahib olub. Əvəzində isə həm “Azərsu” şirkətini dövlət büdcəsindən kreditlər alaraq borca batırıb, həm də bu borcu qapatmaq üçün xalqın istifadə etməyə məcbur olduğu keyfiyyətsiz su-kanalizasiya təchizatının qiymətini artırıb.”

Təbii ki, bəzi media qurumlarının yuxarıdan gələn əmr əsasında hansısa sağmal məmurun işlədildikdən sonra tualet kağızı kimi atılma məqamı çatanda necə ifşa etməsi hamıya məlumdur. Heç kim istisna etmir ki, Azərbaycanda məmurların zir-zibilləri doğrudur, bu cür bir hakimiyyətdə təmsil olunan məmurlar zatən vicdanlı yaşasalar, öz ciblərinə, öz ağalarına deyil, müsəlman xalqa xidmət eləsələr vəzifədə qalmazlar. Amma, unutmamalıyıq ki, bunlar vəzifəyə götürülür, inək kimi sağılır, onlar da camaatdan oğurlayıb yuxarılara ötürürlər, daha sonra vaxtları bitəndə tualet kağızı funksiyasını yerinə yetirib öz ağalarının qarşısında son vəzifələrini yerinə yetirirlər, yəni, rədd olub vəzifədən gedirlər.
Bəs, Qorxmaz Yezidin mülkləri nədir? O indiyədək “dövlətdən aldığı maaşla” nələrə sahib olub?

Sayt yazır: “Qorxmaz Hüseynovun yaxın qohumları və onların vəzifələri, həmçinin açdıqları şirkətlər:

– “Natural Aqro” MMC-nin rəhbəri Araz Hüseynli – Qorxmaz Hüseynovun oğlu
– “Sənaye Tikinti-M” MMC və “Baba Dağ” MMC təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov – qardaşıdır.
– SOCAR-ın qazma işləri üzrə trest rəisinin müavini Faiq Cavanşir oğlu Hüseynov – qardaşıdır.
– SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Əmiraslanov Nicat Mətləb oğlu – yaxın qohumu
– “Azərsu” Yasamal rayonu su kanal idarəsinin rəis müavini İsmayılov Şakir Əhməd oğlu – Qorxmaz Hüseynovun xalası oğludur.
– Azərsu SC xarici layihələr şöbəsinin müdür müavini İsmayılov Şahlar İsmayıl oğlu – Qorxmaz Hüseynovun qohumu (“DISTANT TRAVEL” MMC)
– “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Cəbrayılov Namiq Cidalı oğlu – qaynıdır.
– Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri – Cəbrayılov Natiq Cidalı oğlu – qaynının qardaşı
– “Azərsu” Su-Tikinti idarəsinin rəis müavini – Cəbrayılov Nurəli Cidalı oğlu – qaynının qardaşı
– Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov – qohumu
– Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli isə boru və qum biznesini idarə edir.”

Əziz xalqımız bu cür yuxuya verilir, amma, heç cür oyanıb bu cür rəzil insanları bir qaşıq suda boğmur.


2333 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP