13 Mart 2021
8 Martda küçələrə çıxıb tərbiyəsizlik etmək günü kimi
Yazı gecikmiş yazı deyil, çünki bu il bunu edənlər, sabah (gələn il) etməyəcək ki? Ondan da betərini (Allah qorusun!) edəcəklər. Sübutu da budur ki, dünən (bundan qabaq) etmirdilər, amma bu gün etdilər. Bundan sonra da etmələri böyük ehtimaldır.
8 Mart haqqında uzun-uzadı danışmağa dəyməz. Hamı bilir ki, bu gün kimlərsə öz hüquqlarını tələb etmək üçün çalışdıqları iş yerində etiraz ediblər. Etiraz edənlər də qadınlar olub. Daha sonra nə olub? Müdiriyyət razı olub ki, onların maaşlarını qaldırsın. Əslində, işin əsli-astarı budursa çox gözəldir. Dünyada nə qədər məzlum varsa çıxıb bu cür etiraz etsin, tarixə düşsün, dünyadakı digər zalımlar da ibrət alsın. Amma, məsələ burasındadır ki, nəyə görə bizim müsəlman kişilər bu günü qeyd edir.
Şəkk yoxdur ki, çıxıb küçədə müsahibə alsaq, 8 martda əlində evə - xanımına gül aparan kişilər heç bilməyəcək ki, 8 martda nə hadisə baş verib. Bilənlərin də güya neçə faizi çıxıb ölkədə etiraz edir ki? O 8 martdan gündə 8 dəfə meydanlara tökülüb etiraz edəcək durumdayıq. Allah bilir, o gül çələngini əlində tutan kişi də borc-xərclə o gülü alıb ki, evdə xanımın yanında üzüqara olmasın. Deməli, əgər sən 8 martda olduğu kimi zalımların əleyhinə qalxıb haqqını tələb etmirsənsə onda 8 martın sənə ibrət cəhətindən heç bir faydası yoxdur.
Bəs müsəlman kişisi nə etməlidir? Müsəlman kişisi bilməlidir ki, əməl etmədiyi, mütaliə etmədiyi İslam dinində zatən insanlara öz haqlarını tələb etmək əmr olunub. Bundan başqa İslam dini zatən xanıma hər zaman dəyər verir. İslam dinində bir gün günah etməsən, o gün sənin bayramındır.
Deməli, bu üç məqam diqqətdə saxlanılmalıdır; Zalımdan haqqını tələb etmək, xanıma hər zaman hörmət etmək, günah etməməklə bayram qeyd etmək.
İndi isə gəlin görək İslamın, ruhaninin həbs edildiyi ölkəmizdə bir sıra qadınlar nəyə əl atır. Bildiyiniz kimi bir müddət əvvəl bəziləri “sevgililər günü” qeyd edirdi. Halbuki onlara desəniz ki, bu gün bir dəstə əxlaqsız kişi və qadının püşkatma vasitəsilə seçdiyi qadınla kütləvi şəkildə tərbiyəsizlik etdiyi gündür, onlar bəlkə bu gün bayram etməzlər. Rusiya və bir sıra Qərb ölkələrində (təbii ki, Azərbyacan və Türkiyə istisna olmaqla bir çox müsəlman ölkələrində də) bu gün qeyd edilmir. Çünki bilirlər ki, camaat əxlaqsızlığa qurşanacaq. Elə götürək Azərbaycanı. Feministlər 8 Martda çıxıb əxlaqsız şüarlar səsləndirir, tablolar qaldırır. Bunlar o adamlardır ki, millətə açıq-aşkar əxlaqsızlıq təlqin edir, “nə qədər çox ailə dağıtsaq o qədər feminizmə xidmət etmiş olarıq” deyirlər. Deməli, Ruriyada gənc qızların və oğlanların “sevgililər günü” bəhanəsilə kafeyə-bara getmələrinin qarşısı necə alınırsa, 8 martda da adlarını feminist qoyan bir dəstə tərbiyəsizin küçlərə çıxıb xalqa əxlaqsızlıq təlqin etmələrinin qarşısı alınmalıdır. Onsuz da biz əxlaqdan uzaq bir rejimin hakimiyyəti altında yaşayırıq, onsuz da telekanallar rəsmi olaraq telekanalizasiya funksiyasını yerinə yetirməklə məşğuldur, digər tərəfdən də bu əxlaqsızların qarşısı alınmasa millətin gələcəyi tamamilə məhv olub gedəcək.