14 Fevral 2021
Niyə gündən-günə dala getdiyinizi düşünürsünüz? - Fotolar
“Xalqı soyanlar” silsiləsindən FAZİL MƏMMƏDOV
Əziz və qəflətdə yatmayan, sadəcə naümid olan, bir-birinə etimad etməyən xalqımıza bir sual vermək istəyirəm: Niyə gündən-günə inkişaf etmədiyinizin, hətta yerinizdə saya bilmədiyinizin, dala getdiyinizin, olan-qalanınızın da əlinizdən çıxmasının səbəbləri barədə düşünürsünüz? Cavabını bilmək üçün “Google”də “Fazil Məmmədovun satışa çıxardığı beşulduzlu otel – FOTOLAR” yazın, hər şey sizə aydın olacaq.
Elə düşünməyin ki, bir nəfər Fazil Məmmədovla iş bitir. Bu, xalqı diri-diri udan qəsbkar, korrupsiya akulası olan bir hakimiyyətin kilkə balıqlarından biridir. Amma, sərvəti, var-dövləti başından aşır. Sayt yazır: “Keçmiş vergilər naziri Fazil Məmmədov yaşadığı Şəmkir rayonunda olan mülklərini satışa çıxarıb. həmin mülklərdən birinin də məşhur “Excelsior Hotel Shamkir” olduğu bildirilir. Keçmiş nazirin oteli hansı qiymətə satdığı haqda heç bir məlumat yoxdur. Bildirək ki, sözügedən otel Cəyirçay çayının sahilində, Dəllər kəndinin 4 km-də yerləşir. Bu beşulduzlu otel “Excelsior” şəbəkəsinə daxildir.”
Otelə diqqətlə baxın, hər lampasında, stullarında, divarlarının hər daşında sizin pullarınız yatmaqdadır. İndi deyərsiniz ki, əşşi, bir oteldir məgər? Əlbəttə, heç kim deyə bilməz hansı vətəndaşımızın bədbəxtliyi üzərində bu otel inşa edilib. Amma, bunlar kilkə balıqlarıdırsa, bu otel xalqın qanından ibarət olan bir okeanda rüşvət, oğurluq aysberqinin görünən hissəsidirsə görün indi görünməyən hissəsi Allah bilir Avropanın hansı adasında, yarımadasında, səhrasında, ya da göyün neçənci qatındadır. Bunlar xirtdəyə qədər rüşvətə batmış korrupsioner bir hakimiyyətin oğurladıqlarının çox cüzi bir hissəsidir. İşsiz-gücsüz camaat, cavanlar nə edir? Evdə ata-anadan 1-2 manat alıb internet-fakeyə gedib bu kimi məlumatları (yaltaq AZTV-dən eşidə bilmədikləri üçün) internet saytlarından oxuyur, oxuyandan sonra dərin təəssüf hissiylə uzun-uzadı nırçıldayır, uzaq başı “haram xoşun olsun” deyir və bununla da kifayətlənir. Eşidəndə ki, müxalifət mitinq edir, deyir ki, əşşi, onlar da gəlib yeyəcəklər də. Güya onlar bunlardan yaxşıdır ki? Beləliklə də saatlar saata calanır, günlər günləri qovur, aylar il olur, bədbəxt millətin balası da böyüyüb həmin zülmü görür. Zalımlar isə öz dayaqlarını bu cür avam insanların mənasız təhlilləri, ümidsiz kommentləri üzərində möhkəmlətdikcə - möhkəmlədir. Yazıq millətin axırı necə olacaq bilinmir.
Onu deyək ki, düşünməyin ki, sizin qara qaşınıza-gözünüzə aşiq olduqları üçün Fazil Məmmədovu çıxılmaz vəziyyətə salıblar, o da məcbur olub mülklərini satır. Rüşvətin daha çox yayılması üçün korrupsioner iqtidarın bundan daha betər planları vardır, onun üçün bu cür işlər görürlər. Bəli, xalqın qarğışları “burnuvun deşiklərindən gəlsin”, “sağ yeməsəyən” kimi bəddualar bu cür bəd adamları pis günə qoyur, amma əməli və köklü şəkildə “dua” etmək lazımdır ki, digər fazilməmmədovlar da layiqli cəzasına çatsın.