30 Yanvar 2021

Cənubi Azərbaycanın ilhaqı və İran türkləri

Mirzə Cəlil indi sağ olsaydı mütləq bu mövzuya toxunardı. Amma, Mirzə Cəlilin yoxluğunda biz də bu haqda iki-üç kəlmə yazıb əziz oxucuların diqqətinə çatdıra bilərik.

Biz ifrat millətçi, pantürk filan deyilik. Amma, bütün xalqlara – insan, Allahın bəndələri olduqları üçün hörmətimiz vardır. Bir şey də labüddür ki, gərək bütün xalqlar da bir-birinə qarşılıqlı hörmət etsinlər. Belə olmasın ki, mən türkəmsə fars mənim düşmənimdir. Yaxud mən farsamsa türk mənim düşmənimdir. Bütün bunlar Allah bəndələrini bir-birinin canına salmaq istəyən şeytanın, Amerikanın, sionistlərin, imperialistlərin işidir.

Deməli, əllərindən bozqurd başı düzəldib bozqurd səsi çıxaranlar təəssüf ki, bizim məmləkətimizdə də var. Üstəlik, az deyillər, həm də tanınmış insanlar da bu ulamaq xəsətliyinə yoluxub. Özlərinin yaşlı olduqlarını düşünüb ulamasalar da gələcək nəsillərə bunu öyrədir, həvəslə “necə də gözəl ulayır” deyib qibtə edirlər.
Bunların ən böyük arzuları bütün türklərin birləşib bir türk dövləti qurmasıdır. Əlbəttə, bu türk dövləti ad etibarilə bu cür olacaq, mahiyyət etibarilə bu dövlət Amerikanın türklərdən ibarət ofisi olacaq. Çünki harda pantürk desəniz ağla İran gəlir. İran gələndə də hamı Amerikanı, İsrail rejimini düşünür. Amerika pantürkləri məhz bu məqsədlə bəsləyir, İran dağılsın, türklər ağ günə çıxsın.

Heç olmasa bu pantürklərə demək lazımdır ki, əllərinizdən qurd başı düzəldib qurd səsi çıxartmaqdansa başınızı işə salıb bir cihazdan-zaddan düzəldin. Sabah sizin dövlətinizə Allahın bir “raqatkası” lazım olmayacaq? Bəs İrandan gələn təhlükənin qabağını ancaq bozqurd başları və ulamaqla alacaqsınız? Yoxsa arxayınsız ki, İrandan təhlükə olsa Amerika sizi bir ştat kimi müdafiə edəcək?

İran demişkən, bu dəqiqə ölkəmizdə bir dəstə adam İranda güya “həmşəhri”, türk, pantürk tapıblar ki, onlar da güya bunların səsinə səs verib bahəm ulaşırlar.

Pantürklər yaxşı qulaq assın! Baxın, siz ulamaq əvəzinə yaxşı bir təklif paketi hazırlayıb dünya türklərinə, eləcə də iranlılara təqdim edin. Onlar görsünlər ki, siz Amerikanın “tırkası” ilə sabah Cənubi Azərbaycanı İrandan “ayırıb” Azərbaycana ilhaq etməyi, Azərbaycanı da Türkiyənin qabırğasına qatmağı hansı ağılla və nə haqla düşünürsünüz? Məsələn, sovet imperiyasının təklif paketi var idi, sosializm və şuraçılığı dünyaya təqdim edirdilər, kim istəyirdi sovet höküməti olurdu. Sovet hökümətinin çətiri altına girib özünü hər cəhətdən sığortalayardı İndi siz nə vəd edirsiniz?

Məsələn, mən sizə bir təklif verim: İran türkləri Cənubi Azərbaycanı Azərbaycan dövlətinə bu gün ilhaq etsələr, sabah yenə Astara Gömrük məntəqəsində yayın cırhacırında növbəyə dursalar ki, İrana tərəfə keçib kimisi gözünü, kimisi qulağını müalicə etdirsin, kimisi də Astaradan qab-qacaq, paraşok, sabun alıb özünü Azərbaycanda birtəhər dolandırsın - bu hal baş versə onlar növbədə istidən bişdikləri zaman Amerikanı yox, sizləri söyəcəklər.


3238 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP