26 Yanvar 2021
Təhrif olunmuş İncil və təhrifdən uzaq Qurana əməl etməyənlər
Navalnıdən ötrü etiraz edənlər barədə bir neçə kəlmə
Rusiyada Navalnıdən ötrü etirazlar başlayıb. Adamı həbsə atmağına görə Putini peşman ediblər. Başqa sözlə desək Putini ölkədə etirazçılarla üz-üzə qoyub. Millət də arxasında möhkəm dayanıb. Hələ ki, bu vaxta qədər möhmək dayanıb demək olar. Halbuki bu məsihilərin müqəddəs bildikləri, amma təhrif olunmuş İncilində Həzrət İsanın adından (ə) deyilir ki, kimsə üzünə tüpürsə, şapalaq vursa, o biri tərəfini də çevir, qoy o tərəfdən də vursun. Odur ki, bunlar İncili elə-belə, söz gəlişi müqəddəs bilirlər. Özləri də inanır ki, bir peyğəmbər onlara belə deməz. Buna görə də İncilə əməl etməyib o biri yanaqlarını Putin şapalaqlasın deyə çevirməyiblər. Əksinə, Navalnını həbsdən çıxarmaq istəyirlər ki, onun başçılığı altında Kremldə qabaqlarına kim çıxsa şapalaqlasınlar. Hətta, Putin olsa belə.
Bir də bizim Quran əhli müsəlmanlarımıza baxın. Quran buyurur ki, "...Həqiqətən, bir qövm öz halını dəyişməyincə Allah o qövmün halını dəyişməz..." (Rəd 11)
Amma, gec-tez həbsdə olan azadlıq carçılarından ən azından bir “Navalnı” düzəltməyin vaxtıdır.

Biz də bu xristianlar kimi Quranı tərk eləmişik. Allahın Navalnısı və donuz yeyən xristianlar aqibətlərini dəyişirlər, Qurana əməl edirlər, biz isə onların təhrif edilmiş incilinə əməl edirik. Çünki tərk etməsəydik çoxdan Hacı Mövsüm, Hacı Abgül, Hacı Taledən ötrü etirazlara başlamışdıq. Halbuki bu xristianlar bilirlər ki, onların Allahı, peyğəmbəri onları zillətə dəvət etməz, mütləq o kitab təhrif olunub. Odur ki, o kitabdan, ən azından həmin maddəsindən qaçırlar. Amma, biz bilirik ki, Quran təhrif olunmayıb. Quranın zikr etdiyimiz ayəsi həqiqətdir. Bundan başqa bütün günü İmam Hüseynin (ə) kişiliyindən danışırıq. Deyirik ki, İmam Hüseyn (ə) zülmə razı olmadı, qiyam etdi. İmam (ə) da Qurandan əlavə bizi zillətdən uzaq olmağa çağırır. Amma, əməldə heç bir şey yoxumuzdur. Təəssüf ki, İmam Hüseyn (ə) məclislərimiz yezidlərin narahat olmasına səbəb olmur. Əksinə, günümüzün yezidləri, şimrləri deyir ki, siz minbərlərdə, orda-burda İmam Hüseyndən (ə) danışıb Yezid ibn Müaviyəni (Allah ikisinə də lənt eləsin) lənətləyin. Başqa işlə də işiniz olmasın. Allah eləməmiş, dilimizdən düşürmədiyimiz İmam Hüseyn (ə) məclisləri yezidlərin hələ qalmasının, möhkəmlənməsinin qarşısını almır.