19 Yanvar 2021
Azərbaycanda Məhəmmədəminin adına heç nə yoxdur, Şuşada Atatürk...
Türkiyə siyasətçisi, MHP lideri Dövlət Bağçalı təklif edib ki, Şuşada Atatürkün adına ibtidai məktəblər açılsın. Burada sual meydana çıxır ki, niyə? Nə üçün Azərbaycanda bir dənə də olsun Məhəmmədəmin Rəsulzadənin adına bir şey yoxdur, amma, hansısa dövlətin xadiminin, prezidentinin Azərbaycana aid olan şəhərdə adı ibtidai məktəbə verilməlidir.
Türkiyə bir daha göstərir ki, Rusiyanın icazəsiylə Azərbaycana (?!) dəstək veribsə bu da özünün mənfətindən ötrüdür. Şuşa və digər şəhərlər nə Türkiyənin əsgərləri tərəfindən alınmayıb, nə də Azərbaycan hakimiyyətinin porsuq balaları gedib orda vuruşmayıb ki, biri sərsəm təklif versin, digəri də qəbul edib bunu Türkiyə-Azərbaycan dostluğu kimi qələmə versin.
Nə Türkiyə iqtidarı, nə də müxalifəti əslində Azərbaycanla dost zad deyil. Bu necə dostluqdur ki, Azərbaycanda türk dedikləri bir xalq – 10 milyonluq xalq səfalətdən əziyyət çəkir, haqqı tələb edənlər zindanlara salınır, demokratiya, insan haqları tapdalanır, amma Türkiyə iqtidarı və müxalifəti Türkiyə-Azərbaycan dostluğundan danışır. Türkiyəni heç zaman Azərbaycan xalqı düşündürməyib. İndi də bu cürdür. Əgər, onları Azərbaycan xalqının rifahı düşündürsəydi Azərbaycanın rüşvətxor hakimiyyətini, diktatura rejimini məhkum edərdilər.
Əlbəttə, Türkiyə prezidentinin içüzü ortaya çıxıb, bir zaman gələcək, Azəraycandakı hakimiyyəti də Ərdoğan “qatil” adlandıracaq, necə ki, Suriya prezidenti Bəşər Əsədə qarşı əvvəllər qardaş idi, sonra onu qatil adlandırdı. Çünki bu cür dünyəvi, ikiüzlü insanların siyasəti, mədəniyyəti, əxlaqı bundan ibarətdir.
Azərbaycanın təkcə diktator hakimiyyəti deyil, müxalifəti, həmçinin adi camaatı da (böyük əksəriyyət) Türkiyənin bu cür müamiləsini haqq edir. Çünki tarix boyu Türkiyədən xəyanət gördükcə onlara yaltaqlanmağa başladıq. Azərbaycanda müxalifət, diktaturadan bezən xalq belə Türkiyə dövlətinə yaltaqlanmaq üçün sinov gedir. Türkiyənin bu xalqı bir diktator hakimiyyətin ayağına verməsinə baxmayaraq.