01 Dekabr 2020

Müsəlmanı terror edib İslama “terror dini” deyirlər

Əziz şəhid alimimiz Möhsün Fəxrizadənin şəhadətiylə bağlı!

Birinci dəfə deyil ki, müsəlman terrora məruz qalır. Dünyada terrorçular dövlətdən, ədalətdən dəm vurduğu müddət ərzində bu, son terror hadisəsi də olmayacaq. Xüsusilə, İrana düşmənçiliyi ilə seçilən ABŞ və onun qanunsuz törəməsi olan sionist rejim –İsrail bir çox hallarda iranlılara, xüsusilə Nüvə sahəsində çalışan alimləri terror edib.

İran yeganə dövlətdir ki, açıqca deyir ki, biz bizə qarşı olan bütün mənfi fəaliyyətlərin arxasında ABŞ və onun qanunsuz övladı – sionist rejimi görürük. Çünki sionistlər bunu dəfələrlə sübut ediblər. İranda İslam İnqilabı ərsəyə gələn gündən bu günədək dünya imperializmi və sionizmi İran şahının qisasını hər fürstdə almağı, İslam inqilabını devirməyi düşünürlər. Amma, bütün hallarda İrandan qorxduqları üçün əlləri bu cür namərdcəsinə hiylələrə uzanır. Bundan əvvəl şəhid Hacı Qasim Süleymaninin, indi də şəhid Hacı Möhsün Fəxrizadənin terror edilməsi buna açıq-aşkar bir dəlildir.

Doğrudan da təkcə İranın deyil, həmçinin, təkcə müsəlman dünyasının deyil, bütövlükdə bütün elm dünyasının fəxri sayılan Fəxrizadənin terror edilməsi bütün elm adamlarına bir xəyanət və təhqirdir. Necə deyərlər: alim öldü, aləm öldü. Dünyada elm düşmənləri olan sionist rejimin heç şübhəsiz bu cür namərdcəsinə işlərdə əli vardır.

İran dəfələrlə deyib ki, düşmən bizə hər hansı bir pislik etsə bunun cavabı mütləq veriləcək. İran özü kimsəyə pislik etmir. Amma, pislik görəndə sərt cavab verir. Hacı Qasim Süleymaninin terror edilməsindən sonra ABŞ bazalarının külə çevrilməsi (və məntəqən çıxarılması) bunun əyani sübutudur.
Məlum olduğu kimi İran dünyada İslam dünyasını təmsil edir və Ali Səud “İslamı” müqabilində həqiqi İslamın simasını göstərir. Bir tərəfdən Ali Səud (vəhhabi) “İslamı” Yəməndə körpələrin qətliam edilməsinə rəhbərlik edərkən, digər yandan İran heç bir ölkədə terror aktı həyata keçirmir. Əksinə, özü terrora məruz qalır, məzlumları mümkün qədər himayə edir. Son bir ildə Hacı Qasim Süleymani və Hacı Möhsün Fəxrizadə buna bir misaldır. Amma, mənfur düşmən çalışır dünyada İslamı terror dini kimi qələmə versin. Əslindəsə öldürən özüdür, ölən, terrora məruz qalan müsəlmandır. Bu da İran İslam İnqilabının İslam dünyasına bəxş etdiyi nümunələrdən biridir. O, bir İslam İnqilabı olaraq terror etmir, elm, nüvə zənginləşdirir, öz dövlət sərhədlərini qoruyur. Amma, bundan narahat olan sionistlər terror edir, dövlətçiliyin, elmin əleyhinə çıxış edir. Bütün dünyada adil, hətta qeyri-adil insanlar, dövlətlər, qurumlar görür ki, əslində İslam terror dini deyil, əksinə, fiziki və mənəvi terrora məruz qalan inkişaf, elm, ədalət, mübarizə dinidir


393 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP