09 Noyabr 2020
ABŞ-da prezident postu fitnə postu, kimin gəlməyindən asılı olmayaraq

O doğrudur ki, o dövrlərdə məşhur olan bir ata sözümüz bir daha məşhurlaşdı: İlanın ağına da lənət qarasına da. Yəni, ABŞ prezidentlərinin Buşuna da lənət, Obamasına da. İndi də elə vəziyyət o cürdür.
Con Bayden ağıldan kəm Trampa prezident seçkilərində qalib gəldi. Şad xəbərdə deyilir: “Associated Press (AP) agentliyi Demokrat Partiyasının namizədi Co Baydenin ABŞ-da Prezident seçkilərinin qalibi olduğunu elan edib. APA xəbər verir ki, AP-nin hesablamalarına əsasən, Bayden prezident olmaq üçün lazım olan 270 seçici səsini toplayıb. Son qiymətləndirmələrə görə, Bayden Pensilvaniya ştatında qalib gələrək 20 seçici səsi qazanıb. Beləliklə, hazırda Baydenin 273, Trampın 213 seçici səsi var. Qeyd edək ki, NBC kanalı da oxşar qiymətləndirməni nümayiş etdirib.” Trampın bu vaxta qədər etdiyi iş nə oldu? Başqa bir ölkədə (İraqda) bir başqa ölkənin (İranın) generalını qətlə yetirdi. Həmçinin, hadisənin gerçəkləşdiyi ölkənin də bir zabiti həmin hadisədə qətlə yetirildi. Bundan sonra Korona virusu da Trampın belini qırdı. Adam ABŞ prezidentləri arasında gic prezident kimi tarixə öz adını yaza bildi.
Bir həqiqət də budur ki, dünyada heç kim artıq ABŞ dövlətinə inanmır. Vaxtı ilə İran İslam Respublikasının banisi mərhum İmam Xomeyni (r) ABŞ-ı “böyük şeytan” adlandırmaqla bu dövlətin məhv olacaq günə qədər bu ləkəni onların alnına yapışdırdı. Bütün dünyada ABŞ rüsvay oldu. Hətta, müasir dövrdə dəyişikliklə hakimiyyətə gələn Obamanın dövründə belə İsrail rejimi tərəfindən Fələstində körpələr bombardman edilirdi. Bu minvalla, Con Bayden də hər nə qədər Trampın tör-töküntülərini təmizləməyə çalışsa, yenə də ABŞ prezidenti olduğu üçün o da fitnədən başqa bir şey vəd etməyəcək. Başqa sözlə desək ABŞ-da prezident postu fitnə postudur, kimin gəlməyindən asılı olmayaraq.