03 İyul 2020

Nursuz Bayram nə üçün cəzalanmalıdır, nə üçün cəzalanır?

Ölkədə öz bivecliyi, tərbiyəsizliyi və ən əsas həyasızlığı ilə şöhrət tapan saxtakar və nursuz Bayramı güya polislərlər cəzalandırıblar. Həm də polis bölməsinə çağırılıb və 100 manat cərimə edilib. Səbəb də - 100 manat eşidən kimi artıq hamı bilir ki, onun karantin qaydalarına riayət etməməsidir.

Güya kişinin oğlu istirahət mərkəzində karantin qaydalarına riayət etməyib, maska taxmayıb və lazımi həddə məsafə saxlamayıb. Sən dem o, bu işdən ötrü peşman olubmuş.
Quldur, alçaq bir hakimiyyət tərəfindən şərəf-ləyaqət ayaqlar altına atılıb, bunlar durub nursuz Bayramın cəzalanmasından yazırlar. Dovşan polislər də güya lap bütün işləri düzdür, durub bu işə görə cərimə də yazıblar.

Lap o “Hicran” tamaşasında deyildiyi kimi şef öz şagirdini cəzalandırıb, nə var, nə var qayğanağa duz qatmamışdı.

Ölkədə qeyd etdiyimiz kimi çox mənəviyyatsız, alçaq, bivec bir hakimiyyət olduğu üçün nursuz Bayramlar efirdə, sosial şəbəkələrdəki əxlaqsızlığı üçün cəzalanmaz, amma maska taxmadığı üçün cərimələnib. Ona görə ki, hakimiyyətdəkilər də nursuz Bayramın əxlaqında olan insanlardır. Onlara zatən bu lazımdır. Onlar istəyir ki, Azərbaycanda uşaqların kumiri, idealı, qəhrəmanı nursuz Bayram kimi alçaq insanlar olsun, nəinki Mübariz kimi qeyrət rəmzi olan oğullar.

Adam kişiliyin, mərdliyin, insanlığın, şərəfin qaydalarına riayət etmədiyi üçün heç kim ona heç nə demir, amma bir maskadan ötrü cəzalanıb. Halbuki bu cür xalqın üzqarası olan adamlar ümumiyyətlə efirlərə, sosial şəbəkələrə buraxılmamalı, cəmiyyətdən təcrid edilməlidir.

Nursuz Bayram haqqında ən çox yayılmış yumşaq şərh budur ki, bayramlar torpaq üstündə, Mübarizlər torpaq altında yatır.

Bəli, ermənisifət bir hakimiyyətə də bu cür adamlar lazımdır ki, xalqın olan-qalan abırını da aparsın. Amma desəniz imkan verin məhərrəmlik məclislərini keçirək, məscidlərdə ibadət edək min cür bəhanə gətirəcəklər.

Bu andıra qalmış məxluqun istirahətdə nə işi var ki? Bəs karantin rejimində necə olur ki, istirahət yerləri açıqdır, amma məscidlər bağlıdır. Çünki istirahət yerləri ölkədə şərəfsizliyi yayan alçaq məmurların, hakimiyyətə GÖZƏGİRƏNLİK edən deputatlarındır ona görə. Yoxsa xalqa məxsus olsaydı çoxdan bəhanə edib bağlamışdılar.


1006 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP