01 İyul 2020

Müqavimət olmasa Allahın dini də aradan gedər

Bizim ölkəmiz - ruhanisi cinayətkarla, vətən xaini ilə, məscidi yerlə yeksan edənlə - bir hesab edən ölkədir.

Hələ Bakı İslam Mədəniyyətinin paytaxtı elan ediləndə iki məscid sökmüşdülər. Sən demə Azərbaycanın İslamın bir parçası olmasını qəbul etməyən sionistlər istəyirdi ki, Azərbaycanda iki məscid sökülsün.
Hələ o zamanlar dindarlar da elə dindar olmayanlar da bərk narahat olmuşdular. Çünki dindar kimi qeyri dindarı da Allah yaradıb, məscid də Allahın evidir.

Ondan sonra daha bir məscid söküldü. Amma bu adla ki söküləcək, yerinə təzəsi tikiləcək. Nədənsə biz indiyədək hansısa kilsənin, yəhudi məbədinin söküntüsünə rast gəlməmişik.

Saytda gedən bu xəbər çox üzücüdür: “12 il bundan öncə Azərbaycan hökuməti bu məscidi sökmək istəyirdi, lakin dindarların məscidi müdafiə məqsədilə onun ətrafında insan zənciri təşkil etməsinin ardınca, hökumət öz niyyətindən geri çəkildi. Beləliklə, bu məscid Azərbaycan islamçılarının hökumətin anti-islam siyasətləri qarşısında müqavimət simvolu kimi tanındı.” Bu sərtlərin üzərinə daha üzücü bir xəbər əlavə edilib: “O vaxt məscid ətrafında insan zənciri təşkil etmiş Hacı Abgül Süleymanov, digər mübariz və tanınmış ruhanilər artıq illərdi həbsxanadadır.”

Bəli, Hacı Abgülün Allah qapısını açsın (eləcə də nahaqdan həbs edilən digər məzlumların) – o nə qədər Azərbaycanda zülm əleyhinə müqavimətin simvollarından sayılırsa bu məscid də anti-İslam siyasətinin qarşısında bir müqavimət simvolu kimi tanınırdı.

Burada diqqəti çox mühüm bir məsələyə çəkmək istərdik. Bildiyimiz kimi ölkəmizdə bir dəstə din təbliğatçıları vardır ki, onlar heç bir vəchlə siyasətə qarışmırlar, bəziləri hətta nəinki qarışmır, üstəlik siyasətə qarışıb zalıma etiraz etməyi Allah qarşısında böyük günah hesab edirlər.

Onlar daha çox güc veriblər ki, xalqa daha çox dini dəyərləri aşılasınlar. Halbuki dəfələrlə sübut olunub ki, zalım önündə müqavimət göstərmək – Quran və hədisə görə - dini dəyərlərin təməlində dayanan mövzudur.
Gördüyümüz kimi müqavimət(çi ruhani) zindana salınanda Allahın evlərindən əsər-əlamət qalmır. Hacı Abgül zindandadır, məscidi kimsə müdafiə edə bilmir, beləliklə də müqavimətin zindanda olmasını fürsət bilən düşmən məscidi dağıdır. Deməli, müqavimət olmasa camaat namazlarının qılındığı məscidlər aradan gedər, məscidlər aradan getsə Allahın dini aradan getmiş sayılır.


1031 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP