13 May 2020
Biri şeytana ağız açır, o biri şeytan nəcisi içmək istəyir

Belə də ki, güya İran rəhbərliyi ABŞ-ın dəstəyini lap qəbul edir? İmam Xomeyni deyirdi ki, ABŞ sizdən razı olsa bilin ki, xəta etmisiniz. İndi ABŞ durub İrana rəhm eləsə yüz faiz İran hardasa xəta edib. Şeytandan gələn “rəhmət” də lənət və qəzəbdir. QMİ sədri isə Allahı qəzəbləndirməyə çalışır.
QMİ sədrindən başqa bir zillət vəkili də durub sarsaqcasına hərəkət edib. Qüdrətsiz Həsənquliyev deyir ki, korona olsa da turistləri cəlb etmək, pul qazanmaq üçün şər yuvalarının sayını artırmaq lazımdır. Deməli, şeytan nəcisi satılan yerlərin açılmasını, bağlanmamasını istəyən bu zillət vəkilindən soruşmaq lazımdır: olmaya həmin əxlaqsız və pozğunluq yuvaları elə sənin xarabalarındır. Koronaya görə olmaya ziyana düşmüsən və istəyirsən ki, sənə dəyən ziyan bərpa olunsun?
Baxın, elə bu cür debillərin ucbatından dünya belə bir xəstəliyə mübtəla olur, bu cür zillət vəkilləri, nadan insanlar da deyir ki, şeytan nəcisi ölkədə azad olsun, barların sayı daha da artıb çoxalsın. Çünki belələrinin bütün dini-imanı puldur. Allah belələrini hidayətə qabil deyillərsə məhv eləsin. Amin.