Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2020

Bu dəfə Ərdoğan gəlib gedəndən sonra ruhanimiz həbs edildi

Hər dəfə ölkəmizə hansısa sionist rəsmisi gəlib gedəndən sonra bir ruhani, dindar oğurlanır, qaçırılır, həbs edilir, yaxud dini müstəvidə qadağalar meydana çıxırdı. Bu səfər bir qədər fərqli oldu. Bu dəfə sionist rəsmiləri yox qeyri-rəsmi sionist olan Ərdoğan Azərbaycana gəlib gedəndən sonra bir ruhanimiz daha həbs edildi.

Ərdoğan Suriyaya neçə gündür ki, girib. Bilir ki, bütün dünyada və xüsusən ölkəsində qınaqlara tuş gəlib. Bundan əlavə Azərbaycan kimi bir yerdə də onun qınanması böyük ehtimaldır. Qınanıb da.
Azərbaycana gələndə isə İlham Əliyevə təsbeh bağışladı. Bu da Allah bilir bir işarə idi buna ki, ölkədə təsbeh əhlindən kimlərisə həbs eləsinlər.

Beləliklə də AİP sədr əvəzi Hacı İlham həbs edildi. Halbuki bundan bir neçə gün qabaq digər ruhani Şeyx Sərdar həbsdən təzə çıxmışdı. Xatırlayırsınızsa onu da icra başçısı namaz qıldığı üçün şərləmişdi. Özü də məntəqələrinə sionsit nümayəndəsi gəlib gedəndən sonra.

Bilmək olmaz, görünür Azərbaycan dindarlarını, yəni şiələrini böyük sınaq gözləyir. İlham Əliyevə Hacı İlham Əliyevi tutduranlar bir gün təbii ki, İlham Əliyevin özünü də tutacaqlar.
Burada bir məsələ var. Normalda hansısa müsəlman ölkəsinə hansısa müsəlman dövlət başçısı gəlib gedəndən sonra o ölkədə dinə rəğbət daha çox artmalıdır. Məsələn, Ərdoğan Pakistanda gedib camaat namazına qoşuldu. Pişnamaz ona dedi ki, sən olan yerdə mən pişnamaz dayanmaq istəmirəm. Amma nəhayətdə dayandı və Ərdoğan onun arxasında namaz qıldı. Ərdoğanın zahirinin dindar olması da kimsə gizli deyil. Adam namaz qılır, Quran oxuyur, özü də ilahiyyat fakultəsi oxuyub. Suriya əvəzinə Qarabağa girməli olduğu halda Qarabağı vecinə almaması azmış kimi Aəzrbaycana - başqa bir müəslman ölkəsinə gəlib gedəndən sonra ölkədə dinə rəğbət artmaq əvəzinə dindar bir ruhani həbs edilir. Çünki bizdə anormallıq baş alıb gedir. Bunun adını nə qoymaq olar? Deməyin ki, adamın ayağı bəddir, adamın xisləti bəd, niyyəti qaradır.

Təbii ki, Hacı İlham Əliyev saxta ittihamla 4 ay həbs edilib. Özü də güya dövlətə xəyanət maddəsiylə. Kül belə dövlətin başına ki, ona “xəyanət” edənə 4 ay həbs cəzası verirlər. Bu da ondan xəbər verir ki, ortada əslində cinayət filan yoxdur. Sadəcə şiələri yoxlamaq, vəziyyəti nəzarətə almaq, gələcəkdə Ərdoğana Suiyada kömək üçün azərbaycanlı göndərilməsi ehtimalı olduğu halda şiələrin etiraz etməsinin qarşısını bu cür yollarla almağa çalışdıqları mühtəməldir. Yoxsa hansı dövlətdə dövlətə xəyanətə görə 4 ay həbs verirlər? Əks halda, heç nə deməsəydilər də, elə-belə həbs etmək də mümkün deyil axı.

Odur ki, Hacı İlahm Əliyevin azadlığını tələb edir, Allahdan zalımlara lənət arzu edirik.


5111 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP