07 Yanvar 2020
Mərd-mərdanə Rauf Arifoğlunun xatirəsini əziz tutmaq üçün TROL Rauf Arifoğlunu tənqid edirik

Qardaşı nə üçün Rauf Arifoğlu haqqında tənqidlər yazdığımızı bilmək istəyirsə açıqca deyək. Bizim Rauf Arifoğluyla şəxsi qərəzliyimiz yoxdur. Kimə istəyir işləsin, necə istəyir TROLLUĞUNU eləsin. Necə deyərlər, can onun cəhənnəm Allahın. Biz sadəcə bir vaxtlar xalqın qəhrəmanı olmuş, zalım hakimiyyətin sütunlarını öz qətiyyət və mərdanəliyi ilə laxladan, kişi oğlu kişi Arifoğlunun xatirəsini əziz tutmağa çalışırıq. O cür mərdanələr öləndə xalqın qəlbində yaşayır. Həmin Arifoğlunun adına ləkə gətirmək istəyən TROL RAUF ARİFOĞLUNU da tənqid edir, imkan vermirik ki, bir zamanlar qəhrəmanımız olan rəhmətlik Rauf Arifoğlunun adına ləkə gətirsin.
Çox başınızı ağratmaq istəmirik, sadəcə bir-iki kəlmə ilə yazdıq. Amma unutmadan deyək ki, İslam inancına görə Qiyamət baş verəcək, ölülər diriləcək, mərhum qəhrəmanımız Rauf Arifoğlu da Azərbaycanda qopan qiyamət zamanı dirilsə biz yenə öz qəhrəmanlarımızdan birinə qovuşmuş olacağıq. Bu qədər bəsit. Arifə bir işarə kifayətdir, oğluna kifayət etməsə də olar.