13 Dekabr 2019

İndi ki, Əli İnsanov yoxdur, niyə xəstələrimiz İran, Türkiyə, Amerikaya gedir?

Əli İnsanov həbs ediləndən sonra güya Azərbaycan səhiyyəsinin onun ucbatından pis və bərbad gündə olduğu deyilirdi. Halbuki onun ucbatından idisə ki, bundan ötrü YAP qınanmalıydı. Çünki o YAP-ın qurucularındandır. Amma deyək ki, indi o Səhiyyə naziri deyil. Demək olar ki, on beş ildir ki, Səhiyyə nazirliyi onun əlindən alınıb. Səhiyyə isə düzəlməyib ki, düzəlməyib.

Xatırladaq ki, Azərbaycanın iki keçmiş prezidenti yəni, Elçibəy 2001, ata Əliyev isə 2003-cü ildə Türkiyə, Amerika xəstəxanalarında müalicə olunmaq üçün getmişdi. (Təbii ki, ölüm-dirim Allahın əlindədir, o icazə vermədiyi üçün heç biri sağalıb qayıda bilmədi) Deyək ki, o vaxt Azərbaycan zəif, inkişaf etməmiş ölkələr sırasında idi. Halbuki YAP nümayəndələri ağızdolusu Azərbaycanın inkişafından danışırdılar. Heydər Əliyevin sayəsində Azərbaycanın hər sahədə inkişaf edib analoqu olmayan ölkə həddinə çatması hədyanlarını ata Əliyevi müalicə üçün Amerikaya yolladıqları vaxt danışırdılar.

Bəs indiyə nə gəlib. İlham Əliyev müsahibə verərkən deyir ki, Azərbaycan o qədər inkişaf edib ki, xaricilər bizə deyir ki, bəlkə yavaşlayasınız. Bəli, xaricilər bizə yalan danışmaqda çox ifrata vardığımız üçün məsləhət görürlər ki, bir az yavaşlayaq, az yalan danışaq.
Olmayan inkişaf nağılları və islahatların yalan olduğu ordan bilinir ki, Azərbaycanda ən kiçik xəstəliklərə mübtəla olanlar belə İran, Türkiyə, ABŞ kimi ölkələrə gedir.
Məsələn, Səhiyyə nazirinin müalicə üçün Almaniyaya getdiyi deyilirdi. Gəncənin alçaq, haqqında “ölməli oğraş idi” deyilən sabiq icra başçısı Elmar Fələstinin sionistlərin əlində olan ərazilərdəki xəstəxanalarının birində müalicə olunmaq üçün göndərilmişdi.

İndi də yolu keçərkən maşın qəzasına uğrayan hüquqçu Oqtay Gülalıyevin Türkiyədə, Amerikada müalicə olunması təmin edilib. Deməli, əvvəlcə gözdən pərdə asmaq üçün Heydər Əliyev fondu hüquqşünasın bütün müalicə və xərclərini öz üzərinə götürmüşdü. Daha sonra ailəsi Azərbaycanda deyil Türkiyədə, ondan sonra Amerikada öz yaxınını müalicə etdirmək istədi. Beləliklə də hüquqşünas təyyarə ilə Amerikaya yollandı. İşin maraq çəkən tərəfi odur ki, hüquqşünası vuran maşının elə də sürətlə vurmadığı kameralara düşüb və hökümət çalışır zərərçəkmişin vəziyyətinin elə də ağır olmadığını desin. İndi vəziyyəti elə də ağır olmayan bir xəstə Amerikaya müalicə üçün göndərilirsə və ölkədə düz-əməlli həkim, tibb tapılmırsa görün indi ağır şəkildə zərər çəkmiş olsaydı vəziyyəti nə cür olardı. Bu da hakimiyyətin analoqu olmayan səhiyyə nağıllarından biridir. Onu da deyək ki, Oktay Gülalıyevin pulu olmadığı üçün xəstəxanaya qəbul edilmir, yaxşı, professional şəkildə müalicə eləmirlər deyə bir müşkülü yoxdur. Çünki onu Heydər Əliyev fondu müalicə etdirir. Sadəcə keyfiyyətli səhiyyə və tibbimiz olmadığı üçün xarici ölkələrə üz tuturlar. Çünki bu ölkədə xalqı düşünən bir hakimiyyət mövcud deyil. Bütün işləri saxta dərman, savadsız həkimləri pulla işə götürmək, manapolistlik etmək və s. kimi işlərlə məşğul olmaqdır.


1331 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP