06 Dekabr 2019

Əli Həsənovun hansı ürəyi xəstə idi?

Azərbaycanda iqtidar TROLLARININ başında dayanan yəni TROLBAŞI olan Əli Həsənovu prezident İTİ QOVAN KİMİ QOVANDAN SONRA özü belə açıqlama verib dedi ki, ürəyindən infarkt olub. Özü də əgər yanılmırıqsa dediyinə görə ürəyinin vəziyyəti hal-hazırda ona işləməyə imkan vermir.

Təbii ki, TROLBAŞINDAN bu sözləri eşidən kimi hər bir azərbaycanlının ağlına bu sual gəlir: Məgər Əli Həsənovun ürəyi var idi? Təbii ki, bundan qabaq o dəfələrlə lənətlənib, hər cür təhqirlərə məruz qalıb, nə qədər insan onu qarğıyıb. İndi bütün bunlardan sonra onun bu vəziyyətə düşməsi təəccüblü deyil.
Böyüklərin dilində “bizdə Əli rəhmi vardır” deyə bir deyim vardır. Amma biz hansısa azərbaycanlının TROLBAŞIYA rəhminin gəlməsinə inanmırıq. Çünki TROLBAŞI Azərbaycanın müsəlman, İmam Əli (ə) aşiqi olan xalqına qan udduran Yezid hakimiyyətinin mühüm TROLLARINDAN və adamlarından biri olub. Onun ürək xəstəsi olduğunu eşidən nə çox adam “betər olsun”, “sağ əli o birilərin başına” kimi sözlər, şərhlər yazmaqdan çəkinmirlər.

Bu yerdə istərdik diqqətinizi bir məsələyə yönəldək. Bildiyimiz kimi bucür daşürək məxluqlardan başqa saf, təmiz, pak insanların da başına belə hadisələr gələ bilər. Məsələn, hansısa bir pak insanın, Allahın həqiqi bəndəsinin də ürəkağrısı kimi bir xəstəliyi ola bilər. Bunu ona görə yazırıq ki, bəziləri səhvə düşməsinlər. Bəs pak bir insanın da Əli Həsənovun da ürəyinin ağrımasını necə şərh edə bilərik? Əgər milyonların haqqını alan bucür vicdansız, alçaq insanların da ürəyi ağrıyır, pak insanlar da ürək ağrısına mübtəla olursa deyilə bilər ki, onda Həsənovun xəstəliyi etdiyi günahlar, aldığı ahlar və qarğımalar ucbatından deyil. Çünki pak, nəcabətli insanların da ürəyi ağrıya bilər. Bu, çoxlarının düşdüyü səhv düşüncələrdən biridir.

Bəli, pak, nəcib insanların da ürəkağrısı kimi bir xəstəliyi ola bilər. Belə olan halda isə ürəkağrısı və bu kimi başqa xəstəliklərin ilahi bir imtahan olduğunu deyə bilərik. Amma ortada bir əlamət, meyar olmalıdır ki, onun vasitəsilə Həsənov kimi debillərlə pak insanları bir-birindən ayıra bilək. O meyar da həmin insanın özüdür. Yəni pak, nəcib, Allah bəndəsi olan bir insanın bu cür olması, Allaha olan bəndəçiliyi, pak qəlbli, əməli-saleh olması onun başına gələn bəlanın, xəstəliyin ilahi imtahan olduğunun göstəricisidir. Amma xəbis bir rejimin TROLLUĞUNU uzun illər edən alçaq, daş ürəkli bir adamın belə bir xəstəliyə tutulması onun bu qədər insanın ahını alması, xalqın onu qarğıması nəticəsində baş vermişdir.

Onu da qeyd edək ki, Əli Həsənov kimi rəzillərin belə bir xəstəliyə düçar olması qətidir, lakin onun vəzifədən uzaqlaşdırılması buna görə olmayıb. O, özünü təmizə çıxartmaq üçün belə deyir. Çünki bucür dünyapərəst insanlar xəstəliyə tutulan kimi müalicə olunmaq üçün üz tuturlar İsrail, Almaniya, Amerika kimi ölkələrə. Bir zamanlar bu xəbis rejimin atası da ürək xəstəliyinə mübtəla olduqda istefa verib hakimiyyətdən getmədi. Müalicə üçün Amerikaya yollandı.
Belə daşürəklilər başqaları üçün də görk olmalıdır.


1407 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP