04 Dekabr 2019

Zillət vəkillərinin, İlham Əliyevin primitivliyi, savadsızlığı, bəhanələr və əsassız fikirlər

Zooparkı, sirki xatırladan, “molotov kotleti” iyi verən, zillət vəkillərinin, qartımış qoca qurdların yığılıb oturduğu deputatxananı elə bəsit, primitiv, əsassız, bir o qədər də gülməli bəhanələrlə buraxırlar ki, adam bilmir gülsün, yoxsa ağlasın. Deməli, işə baxın ki, sirk kimi tanınan deputatxananın zillət vəkilləri güya İlham Əliyevə deyiblər ki, biz sənin islahatlarınla ayaqlaşa, qucaqlaşa bilmirik siz bizi buraxın. Ayaqlaşa bilməyən cəhənnəm olub istefa versin, daha deputatxana niyə buraxılmalıdır ki? Üstəlik, sən demə deputatxanada çoxluq təşkil edən YAP zillət vəkilləri İlham Əliyevin islahatlarına maneə törədirmişlər, yəni uzlaşa, ayaqlaşa bilmirlər. Bu yerdə sual veririk ki, görəsən zillət vəkillərinin çoxu YAP-dan olduğu halda İlham Əliyev də YAP-ın başı olduğu üçün o bu, zillət vəkillərinə öz partiyasında deyə bilmirdi ki, mən belə qərar çıxarıram, islahat aparıram, siz də bu islahatlara uyğun işlər görməlisiniz? Axı, belə bir iş olsaydı deputatxanada səsçoxluğu ilə istənilən məsələni İlham Əliyevin islahatına uyğunlaşdırmaq və səsvermədə dəstəkləmək olardı. Lap deyək ki, İlham Əliyev deyib, onlarsa bunun əksini ediblər. (Hərçənd ki, bu, mümkün olan məsələ deyil. Çünki zillət vəkilləri arasında a-dan z-ə qədər heç kimdə bu “dux” yoxdur. Onlar kimdir ki, prezidentə etiraz etsinlər. Onlar qulbeçədən yuxarı deyillər) Fərz etsək ki, İlham Əliyev onlardan tələb edib, onlar da əksini ediblərsə nə üçün onları partiyadan belə uzaqlaşdırmayıb. Ya da nə üçün onlar sözü bir yerə qoyub sədrlərini, yəni İlham Əliyevi partiya sədrliyindən kənarlaşdırmayıblar.
Hələ bu biabırçılıqlar azmış kimi İlham Əliyev durub bu təklifi məhkəməyə də göndərib ki, görsünlər yerində verilmiş təklifdir yoxsa yox. Əslində isə ekspertlərin rəyinə görə bu, bəhanədən başqa bir şey deyildir. Yəni bu cür səbəblərdən dolayı deputatxana buraxılmamalıdır.

Siz mətbuatda dəfələrlə deputataxana haqqında “sirk” ifadəsinin işlədilməsinə rast gəlmisiniz. Bu söz Zərdüşt Əlizadəyə aiddir. O, deputatxananı İlqar Məmmədov oranı zoopark adlandırdıqdan sonra belə adlandırmışdı. Fikrini də belə əsaslandırmışdı ki, zooparkda hər cür heyvan olur. Amma sirk təlim görmüş, əhilləşmiş heyvanların yeridir. Bunu da ona görə demişdir ki, deputatxanada YAP deputatları daha çoxdur. YAP olmayan deputatlar isə YAP deputatlarından daha çox yapistdir. Ona görə də yuxarıdan nə dedilər qeydsiz-şərtsiz tabe olmağa öyrəşmiş insanlardır.

Zillət vəkillərini biz təhqir etmək istəmirik. Bu adlar onlara xalqın içindən çıxmış insanlar tərəfindən verilib. Bütün xalq onlara nifrət edir, ən ağır təhqirlərlə onları alçaldırlar. Çünki onlar özləri buna şərait yaradır. Xalqın adından çıxış edir, xalq tərəfindən seçildiklərini deyirlər. Halbuki xalqın dövlətində, xalqın parlamentində xalq tərəfindən seçilməli, orada xalqı təmsil etməli, xalqın dərdinə dərman etməlidirlər. Onlar isə birbaşa PA-nın mətbəxində hazırlanan siyahilər üzrə təyin edilir, bizneslə məşğul olur, xalqı aşağılayır, təhqir edir, beləliklə də hər cür təhqirə məruz qalırlar.

İndi bu cür müti insanların prezidentin “islahatlarıyla” ayağlaşa bilməməsi bir yana dursun, heç istədiyi kimi istefa vermək, Məclisi buraxmağa belə “duxları” çatmazdı. Heç İlham Əliyev icazə verərdi ki, gözükölgəli olan bu adamlar ki, deputatlıq müddəti boyunca hər cür bzineslə məşğul olub talayıb soyublar, indi ürəkləri istəməyəndə isetfa versinlər, yaxud Məclisi buraxsınlar? Odur ki, bu hiylə də işləmədi. Nəticə budur ki, xalqı soymağa, başqa cür əzməyə, təhqir etməyə, hakimiyyətin ömrünü uzatmağa hesablanmış hiylələr haqqında düşünməkdədirlər.


1371 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP