25 Noyabr 2019
İranda kim etiraz etsə deyirlər ki, güneylilər... Bayoğlunun İsrail nökərçiliyi

Cahandar Bayoğlu isə son çıxışında elə söhbət edir ki, məlum olur ki, adamın ya vəziyyətdən xəbəri yoxdur, ya da ki, ABŞ-İsrail-Sionist nökərçiliyini edir. Amma ikinci qrupa daxil olması şəksizdir. Sonda onu da bildirəcəyik.
Adam deyir ki, İranda benzin 4 qat bahalaşıb. Təbii ki, bizdə olan məlumatlara görə 1 qatı da Bayoğlu özü əlavə edib. Çünki əslində 3 dəfə çox bahalaşma baş vermişdir. Amma İranı Azərbaycan dövləti adlandırıb Türkiyə və Azərbaycan kimi bir quruluşu qəbul etmələrini təklif edən Bayoğlu görəsən bilir ki, İranda benzinin qiyməti Türkiyədəki qiymətinin beşdən biri də eləmir? Görəsən Bayoğlu Azərbaycanın özündə maşın sürübmü, buradakı qiymətdən xəbəri varmı? Bunu biz demirik, Bayoğlunun güneylilər deyib dad elədiyi İrandan yayınlanan Azərbaycan dilli kanalda bu söhbət gedib.
İkincisi, hərdən Türkiyədəki, Azərbaycandakı qiymətlərlə, bahaçılıqla da bu cür adamlar maraqlansınlar. Görsünlər ki, bu ölkələrdə qiymət nə yerdədir. Elə Türkiyə və Azərbaycan da od tutub yanmaqdadır. Amma bu ölkələrdə niyə camaat nəzərəçarpacaq dərəcədə etiraz etmir, çünki ABŞ və İsrail bu iki hakimiyyətdən razıdır. Razı olmasaydı və müxalifətdə onları hərtərəfli qane edən adam olsaydı çoxdan Türkiyə və Azərbaycanda inqilablar baş verəcəkdir.
Üçüncüsü, Bayoğlu bunu güneylilərin inqilabı kimi yaxud sosial-iqtisadi narazılıq hesab edir. Bu adama sual veririk, məgər bahaçılıqdan şikayət edən insanlar haranısa vurub yandırmalıdır, abadlıqları dağıtmalı, məscidlərə həqarət etməlidir? Siz məgər bilmirsiniz ki, bunların məqsədi İslam-şiə dövlətinə qarşı düşmənçilikdir.
Dördüncüsü, İranda heç də güneylilər dövlətin əleyhinə deyil. Bir çox Azərbaycan dilində danışan İran şəhərlərində dövlətə və İslam inqilabına dəstək yürüşləri keçirildi. İranın türk-dilli kanalında azərbaycanlılar İslam dövlətini dəstəklədilər.
Beşincisi, Bayoğlu kimi ABŞ-İsrail nökərləri nə üçün İranda seldən əziyyət çəkənlərə ABŞ yardım etməyəndə bu haqda danışıb güneyli qardaşlara dəstək olmadılar?
Onu da deyək ki, Bayoğlu kimilərin ABŞ – İsrail nökəri olması açıq-aşkardır. Ona görə ki, bu adam öz ölkəsində, öz vətəndaşları hökümətə etiraz edəndə bu haqda danışmırdı. Əgər türkdürsə öz vətəndaşın da türkdür. Bir dəfə bu adamı siz Bakıda keçirilən etiraz aksiyalarında türk millətini dəstəkləyən görmüsünüzmü? Görməzsiniz də. Çünki bunların bütün amalları ABŞ-Sionist nökərliyini edib İslam-şiə dövlətinə qılınc çəkməkdir.