01 Noyabr 2019
Xalq Milli Şurasız da özü lider olub meydana çıxa bilər

Amma xalq burada yaxşı bir addım atmaqla hakimiyyəti sarsıda bilər. O da bundan ibarətdir ki, Milli Şura mitinqi təxirə salırsa salsın, xalq özü meydana çıxıb mitinqin idarəçiliyini və rəhbərliyini öz öhdəsinə götürsün. Baxın, biz indiyədək nə qədər insanın yutubda və sair sosial şəbəkələrdə etirazlarını görmüşük. Ayrı-ayrı məkanlarda ayrı-ayrı problemlərlə müxtəlif dövlət idarələrinin qarşısında etiraz ediblər. Məsələn, bəzisi Milli Məclis önündə, bəzisi Baş Prokurorluq önündə, yaxud Fövqəladə Hallar Nazirliyi qarşısında etiraz ediblər. Bu insanlar o zamanlar etiraz edəndə Milli Şura vasitəsilə etiraz etməyiblər ki? Bir ailənin problemləri prezident və digər müvafiq orqanlar tərəfindən dinlənilmirsə o etiraz etmək üçün Milli Şuranı gözləməlidir ki? Zatən belə olarkən həmin insanları anti-milli ünsür, Mulli Şura agenti adlandırrılar. Amma bu insanlar sosial vəziyyətdən şikayət edib özləri meydanlara töküləndə xalqın etiraz edən olduğunu görüb hakimiyyət güzəştə getməyə çalışır.
Bildiyiniz kimi bu günlərdə İlham Əliyev yeni icra başçıları təyin edir, yeni nazirliklər yaratmağa çalışır, o nazirliyi bura, bunu ora calamaqla, kadrların yerini dəyişməklə və sair işlərlə güya islahat apardığını zənn edir. Bütün bunları nəyə görə edir? Milli Şuranın hər dəfə az insanla etiraz etməsinə hər zaman gülüb keçiblər. Əlbəttə qorxu tərini silib bir stəkan su içəndən sonra. Bütün bunları xalqın onun və ətrafının gözünü qorxudandan sonra baş vermədiyini hamı bilir.
Etirazçı insanlar oturub gözləməməlidir ki, Milli Şura nə vaxtsa mitinq təyin etsin, daha sonra onlar da mitinqə çıxıb öz etirazlarını hakimiyyətə çatdırsın. Xüsusən də bu kimi məqamlarda – Vaşinqtonda məsləhətləşmələr olandan sonra mitinq təxirə salındığı halda xalq etiraz etməsə, meydanlara tökülməsə, Milli Şuranın ABŞ-a xidmət etdiyi düşünüldüyü kimi xalqın da ABŞ-ın “fitvasıyla” oturub-durduğu deyiləcək. Xalq öz alnından bu damğanı silməlidir. Çünki ABŞ-ın xain olduğunu, başqa dövlətləri işğal edib xalqına zülm etdiyini hamı bilir. Bu cür iblis dövlətlərlə adının birgə hallanmasına xalq icazə vemrəməlidir.