09 Oktyabr 2019
Əliyev müxalifət lideri tutanda Avropa qulağını burur, sıravi xalqı tutanda xalq düşməni hesab edilir

Əliyevlər bu gün elə bir rüsvayçılığa düçar olublar ki, dünyanın ən avtoritar rejimlərində ancaq belə hallara rast gəlinib. Belə ki, o, hansısa müxalifət liderini bu cür aksiyalarda tutub həbs edəndə Avropa onun qulağını dartır. Çarəsiz qalıb ona “diktator”, “oğru”, “yalançı”, “rüşvətxor” deyən liderləri həbs edə bilmir. Çarəsi bir ona qalır ki, aksiyalara yığlan insan kütlələrini dağıtmaq üçün sıravi insanları həbs eləsin. Doğrudur, belə olan halda sıravi insanlar Avropa tərəfindən tanınmadığı, həm də öz mənfəətlərini güdən avropalılara pul qurtaranda İlhamı qapazlamaq üçün yaxşı riçak sayılmadıqları üçün qara camaat əziyyətə düçar olur. Amma işin o tərəfi yaxşıdır ki, bu cür insanlar, qara camaat, xalq kütlələri tutulanda bir daha aydın olur ki, Əliyevlərin xalqın nəzərində zərrə qədər hörməti yoxdur. Çünki sıravi xalqın etiraz etməsi diktatorların sonu deməkdir. Xalq oyanmağa başlayıb. Sıravi xalqın həbs edilməsi Əliyevlərin xain olduqlarının bariz nümunəsidir.