Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2019

Məsciddəki kitab təqdimatını “məsciddə elm” kimi qələmə verirlər. O kitabda elm var?

Məsciddə özünə şair deyən Delgeraninin kitab kimi xalqa sırıdığı cızmaqaranı “məsciddə elm” kimi qələmə verdilər. Sual olunur: məgər o kitabda elm var? Bu işi müdafiə edənlər elə də şişirdirlər ki, sanki Delgeraninin yox Enşteynin kitabının təqdimat mərasimi baş tutub. Delgerani məgər özü hansı elmi nailiyyətin sahibidir ki, bunu kitablara da yazsın. Yazdığı cızmaqaralar da nə şeir kimi şeir standartlarına cavab verir, nə də cızmaqara kimi cızma-qara deyil.
Məlum məsələdir ki, onun kitab mərasimi həmin məsciddə keçirilməsəydi onu bu qədər şişirtməzdilər. Əslində arada kimin hörməti var, hamıya bəllidir. Bu iş baş tutana qədər Delgeranini hamı içki içən, Allaha, Qurana təhqirlər yazan, dindarları aşağılayan, dini pis qələmə verən, cızmaqara edib Quran kimi qələmə verən bir insan kimi tanıyırdı. Bu kitab mərasiminə qədər o da Salman Rüşdü və Rafiq Tağı kimi bir adam idi.

Əlbəttə, şəriətdə məsciddə dünyəvi söhbətlər etmənin məkruh olduğunu hamı bilir. Məscid namaz və moizə (öyüd) üçündür. Bəzi şişirdənlər bu işi “məscidlə elmin vəhdəti” kimi sırımağa çalışır. Amma bu işi “İslam və elm” mövzusuyla qarışdırıblar. Bəli, İslamda elm var, İslam elmin əleyhinə deyil. Amma bunu məsciddə etməzlər ki. Yox deyirsinizsə ki, ora məscid yox bir otaq idi, o zaman niyə reklamlarında məscid kimi qeyd etmisiniz? Hətta məscidlərdə şeir demək mövzusunda bəhs edəsi olsaq, icazə verən alimlər bu şeirlərin dini mədhiyyələr olacağı tədirdə icazəli olduğunu demişlər. Halbuki həmin kitabda sərxoşluq-filanla bağlı cümlələr yer almaqdadır. Nə çox əhli-beyt şairi var idi ki, onları da reklam etmək olardı. Bir daha təkrar edək ki, Delgerani özü hansı elmin, intellektin adamıdır ki, onun kitabını “məsciddə elm” kimi sırımağa çalışırlar. Heç onun olmayan yaradıcılığını indiyə qədər (indi onu müdafiə edənlər arasında) heç kim oxumamışdı. Əgər məqsəd hansısa bir dinsizi dinə cəlb etməkdirsə, bunu başqa cür də etmək olardı. Onun da peşiman olub dini təhqir etdiyinə görə tövbə etməsi tələb olunmalıydı. Çünki insan səhvini etiraf edəndə müsəlmanlardan əfv diləməlidir.


6878 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP