29 Yanvar 2019
Görüş və Allahın mütləq hökmranlığı günü
Qiyamət günü bütün dünya hakimlərinin hakimiyyəti dağılacaq
رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنْذِرَ يَوْمَ التَّلَاقِ يَوْمَ هُمْ بَارِزُونَ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ لِمَنِ الْمُلْكُ الْيَوْمَ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارالْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ لَا ظُلْمَ الْيَوْمَ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
"Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur. O Öz əmri ilə Ruhu (vəhy mələyini) qullarından istədiyinə nazil edir ki, o, (insanları) Görüş günü ilə qorxutsun. O gün (insanlar yer üzünə) çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, (hər şeyə) qalib gələn Allaha!” Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir." (Ğafir, 15-17).
İzah: Bu ayədə Axirət günü ilə bağlı bir neçə vəsf qeyd olunmuşdur: 1. Görüş günü, yəni insan öz əməlləri ilə üzləşəcək. Allahın mərhəmət və ya əzabı ilə qarşılaşacaq. Öz rəhbərlərini görəcək və s. 2. Hər şeyin aşkara çıxacağı gün.
Hədis: İmam Baqir (ə): “Həqiqətən, hakimiyyət və işlərin idarə olunması bu gün və həmişə Allahın əlindədir. Amma Qiyamət günü bütün dünya hakimlərinin hakimiyyəti dağılacaq və Allahdan başqa kimsə hökmranlıq etməyəcək.” (Məcməül-bəyan, c. 10, səh. 683).