Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2019

Qafillərlə dostluq etməmək

Yuxarıdakı ayə bəzi insanların Qiyamət günü qafil və günahkarlarla dostluq etdikləri üçün çəkəcəyi acı peşmançılıq fəryadının ifadəsidir
وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًالَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا

"Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır." (Furqan, 27-29).

İzah: Qafillərlə dostluq etmək peşmançılıqdan başqa bir nəticə vermir. Öncə də işarə olundu ki, qəflətin başlıca səbəblərindən biri qafil insanlarla oturub-durmaq və faydasız məclislərdə iştirak etməkdir. Bu növ dostluqlar insanın ürəyində imanın köklərini qurudur və qəlbini öldürür. Yuxarıdakı ayə bəzi insanların Qiyamət günü qafil və günahkarlarla dostluq etdikləri üçün çəkəcəyi acı peşmançılıq fəryadının ifadəsidir.

Hədis: İslam peyğəmbəri (s): “Yaxşı yoldaş təklikdən daha yaxşı, təklik isə pis yoldaşdan daha yaxşıdır.” (Əmali, Tusi, səh. 535, hədis: 1162).


6848 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP