20 Yanvar 2019
Günahkarların simasının aşkara çıxması
Təhqir və başıaşağılıq Cəhənnəm əhlinin ilk əzabıdır
خُذُوهُ فَغُلُّوهُ ثُمَّ الْجَحِيمَ صَلُّوهُ ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعاً فَاسْلُكُوهُ إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ لَا يَأْكُلُهُ إِلَّا الْخَاطِؤُونَ
"(Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin! Sonra da Cəhənnəmə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! Çünki o, Böyük Allaha iman gətirmirdi və (heç kəsi) kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bu gün burada onun üçün bir dost tapılmaz. Qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər.”" (Haqqə, 30-37).
İzah: Möminlərin aqibəti ilə kafirlərin aqibətini müqayisə etmək Quranın tərbiyə üsullarından biridir. Buna görə də hər birinin taleyini qeyd edəndən sonra digəri haqqında söz açır və bəndələri digər zümrənin aqibəti ilə də tanış edir. Təhqir və başıaşağılıq Cəhənnəm əhlinin ilk əzabıdır. Qurana görə, Qiyamət günü günahkarların siması tanınacaqdır. Onları son dərəcə təhqir və zillətlə Cəhənnəmə doğru sürükləyəcək və oda atacaqlar.
Hədis: İmam Sadiq (ə): “Cəbrayıl Peyğəmbərə (s) xəbər vermişdir ki, əgər – Cəhənnəm əhlini bağladıqları – o yetmiş dirsək zəncirin bir halqası dünyaya qoyulsa, dünya onun istisindən əriyər.” (Təfsiri-Qumi, c. 2, səh. 81).