06 Noyabr 2013
Ayətullah Qazi və zalım məmur
Şəhid Ayətullah Qazi hicri-şəmsi 1358-ci il, aban ayının 10-da qurban bayramı günü şam və xüftən namazlarından sonra Şəban məscidində şəhadətə çatdı. 10 aban, ilk mehrab şəhidi Seyid Məhəmmədəli Qazi Təbatəbainin şəhadət ildönümüdür.
Ayətullah Qazi İmam Xomeyni, Ayətullah Seyid Möhsin Həkim, Ayətullah Seyid Əbülqasim Xoyi, Ayətullah Hacı Şeyx Əbdülhüseyn Rəşti, Ayətullah Şeyx Məhəmmədhüseyn Kaşiful-Ğitanın şagirdlərindən idi. Nəcəfdə dini elmlərin təhsilinə məşğul olduğu günləri Ayətullah Qazinin ömründə ən xoş günlərdən saymaq olar. Bahar günləri bütün düşüncəsini təhsil üzərində toplayıb fiqh elmlərinə sahib oldu, ictihada çatdı. Ayətullah Həkim, Ayətullah Kaşiful-Ğita kimi böyük alimlər ona ictihad icazəsi verdi.
Ayətullah Qazi 42 yaşında elm və mərifətə yiyələnərək Nəcəf hövzəsini tərk etdi, vəzifəsinin icrası üçün doğma şəhəri Təbrizə üz tutdu.
Böyük ustad Ayətullah Kaşiful-Ğita Ayətullah Qaziyə məktublarının birində yazır: "Ey böyük Seyid, alim! Biz elə indidən görürük ki, Azərbaycan xalqı, xüsusilə Təbriz əhli sizin moizə-nəsihətlərinizdən böyük bəhrə götürəcək, sizin haqqın qələbəsi, batilin səhnədən çıxması yolunda zəhmətləriniz səmərəsini verəcək. Haqqa yardım yolunda sizdən üstünü kim olasıdır?!"
Şəmsi 1342-ci ildə tarixin səhifələrinə əbədi yazılmış hadisələr baş verdi. Bu il dünya məzlumlarının rəhbəri elə bir hərəkata təkan verdi ki, zalım şah sarayının sütunları silkələndi.
Böyük İmam Pəhləvi hökumətinin oyuncaq məmurlarını saya salmadan bir şahin uçuşu ilə şahənşah zülmünü hədəfə aldı. O bu zərbəsi ilə Amerikaya sarsıdıcı zərbə endirdi. İmamın ardınca onun vəfalı köməkçiləri ayağa qalxdılar, cihad və mübarizə bayrağı göyə yüksəldi. Bu mübarizədə Ayətullah Qazi Təbatəbainin xüsusi rolu var idi. Xalqda zülmlə mübarizə ruhiyyəsinin oyadılması həm də şəhid Qazinin zəhməti idi. Ayətullah Qazi zalım rejimə qarşı alovlu çıxışlarında qəhrəman Təbriz xalqını mübarizə səhnəsinə gətirdi və bu şücaətli əməli ilə düşmən cəbhəsinə vəlvələ saldı. Zalım rejim yaxşı bilirdi ki, Azərbaycanda qiyam bütün İranı hərəkətə gətirəcək. Şah rejimi üçün bu fikir bir kavusa dönmüşdü.
Müsəlman ümmətin əzəmətli hərəkatı ilə həmin dövrün Azərbaycan üzrə ustandarı Əli Dehqan üzbəüz dayanmışdı. Onun həmkarlığı ilə Təbrizdə SAVAK (kəşfiyat idarəsi) rəisi Həsən Mehrdad Ayətullah Qazini həbs edib Tehranda xüsusi təcridxanaya göndərdi. Sonra alimi Qızılqala həbsxanasına təhvil verdilər. Ayətullah Qazi iki ay həbsdə qaldı və azad ediləndən sonra alimlə görüş qadağan edildi. Onu bir an olsun belə nəzarətsiz buraxmırdılar.
Ayətullah Qazi zalım şah rejimi ilə mübarizəsindən dolayı bərəkətli ömrünün neçə ilini həbs və sürgündə keçirdi.
Alimin sürgün olunduğu yerlərdən biri də Kirman idi. Şəmsi 1347-ci ilin azər ayında, fitr bayramı günü Təbrizdə Ayətullah Qazinin imaməti ilə əzəmətli namaz qılındı. Heç vaxt fürsəti əldən buraxmayan alim böyük izdiham qarşısında rejim başçılarına qarşı çıxış edərək, Pəhləvi sülaləsinin maskasını yırtdı. Şahın qəsbkar sionist rejimlə əlaqələrini açıqladı. Həmin gün Şəban məscidinə şam namazına getdi. Namazdan sonra xalqın sevgisinə cavab olaraq məsciddən izdiham arasına çıxdı. Məsciddən bir neçə addım aralanmamış rejimin muzdurları onu zorla maşına mindirib apardılar. Sonradan məlum oldu ki, alim Kirmana sürgün edilib.
Kirmanda sürgündə olduğu zaman hər gün bir SAVAK məmuru nəzarət üçün alimin olduğu yerə gəlirdi. Ayətullah Qazi sürgün günlərini kiçik bir otaqda, tənhalıqda keçirirdi. Bu otqa həyətdən iki pillə aşağıda yerləşirdi. SAVAK məmuru aldığı göstərişə əsasən alimlə kobud rəftar edir, hər dəfə gələndə ayaqqabı ilə otağa daxil olurdu. Ayətullah Qazi bir neçə dəfə məmura xəbərdarlıq etmişdi ki, ədəbi gözləsin, öz alçaldıcı hərəkətlərindən əl çəksin.
Bir gün SAVAK məmuru həmişəki kimi xəbərdarlıqsız otağa daxil oldu. Bu dəfə qəzəbini cilovlaya bilməyən alim ağır əl-Muncit kitabını məmurun başına endirib dedi: "Ay ədəbsiz! Sənə demədimmi hərəkətlərinə diqqətli ol!" Lovğa məmur qorxu içində otaqdan çıxdı. Ayətullah Qazi öz şücaətli hərəkəti ilə bir daha sübut etdi ki, polad silah iman gücü qarşısında məğlubiyyətə məhkumdur.
Kirmandan sonra alimi Zəncana sürgün etdilər. Sürgün müddəti başa çatdı, şəhid Qazi Təbrizə qayıtdı.
Ayətullah Qazi işıqlı düşüncəyə malik, dərin təfəkkürlü bir şəxsiyyət idi. Daim vəhdətə çağırar, münasib məqamlarda dünya müsəlmanlarının vəhdətinə yönəli addımlar atardı.
O deyir: "Xatırlayıram ki, Suriyadan qayıdıb İraqa daxil olanda qürub yaxın idi. Şam namazını qılmaq üçün dayandım. Dəstəmaz alıb namaz qılmaq üçün həsir saldım. Sünnə əhlindən olan bir qrup gənc gəlib yaxınlıqda dayandı. Başa düşdüm ki necə namaz qılmağımız görmək istəyirlər. Mən də namaz vaxtı səcdədə alnımı həsirə qoydum, arxamdakılar da mənim kimi etdilər. Namaz başa çatandan sonra gənclərdən bir neçəsi yaxınlaşıb
Kərbəla türbətinə səcdə barədə soruşdu. Mən bu barədə danışdım və onlar qane oldular. Dedilər ki, onları düzgün başa salmayıblar."
1358-ci ilin mordad ayı inqilab rəhbərinin hökmü ilə Ayətullah Qazi Təbrizdə tam ixtiyarlı nümayəndə, imam-cümə təyin olundu. İnqilabdan altı ay keçməmişdi ki, elm və fiqh səmasının parlaq ulduzu qürub etdi. Azğın fürqan qrupu ustad Mütəhhərini şəhadətə çatdırdılar. Bu xəbəri eşidən Ayətullah Qazi çox qəmgin oldu. Deyirdi ki kaş mən də Mütəhhəri kimi şəhadətə çataydım!
Ayətullah Qazi bir ömür mübarizə, təhsil, araşdırmadan sonra 1358-ci il, aban ayının 10-da Şəban məscidində şəhadətə çatdı. Fürqan növbəti cinayəti ilə İmamın qəlbinə yara vurdu.
Səhəri gün əzadar Azərbaycan xalqı şəhid alimin cənazəsini Təbriz bazarında məqbərədə torpağa tapşırdı. İmam Xomeyni Ayətullah Qazinin şəhadəti barədə yazırdı: "Bismillahir-Rəhmanir-Rəhim. İnnal lillah və inna iləyhi raciun. Cənab seyid Məhəmmədəli Qazi Təbatəbainin şəhadəti münasibəti ilə böyük təəssüf içində bütün müsəlmanlara, mücahid alimlərə, qeyrtəli Azərbaycan xalqına, xüsusilə şəhidin ailəsinə baş sağlığı verir, Allahdan haqq yol mücahidlərinə səbr diləyirəm. Əziz İran xalqı və qeyrətli azərbaycanlılar bilməlidir ki bu hadisə İslam və məmləkət düşmənlərinin qəti məğlubiyyət və acizliyini göstərir. İslam və Quran amalları yolunda daha qətiyyətli olmaq, ümidi itirməmək lazımdır ki, zülmə düçar olmuşların haqqı qaytarılsın. Əzizlərim! Dünya zorlularını geriyə oturdan, soyğunçuluq qapısını onların üzünə bağlayan inqilabda belə itkilər qaçılmazdır. Biz belə hadisələrin yanından qətiyyət və soyuqqanlılıqla ötüb keçməliyik. Allah yolunda cihad yolunu əzmlə davam etdirməliyik. Allah yolunda şəhadət millətlər üçün iftixarlı həyat, hidayət nurudur. Müsəlman xalqlar bizim mücahidlərin azadlıq və din yolunda fədakarlığından nümunə götürməlidir. Əl-ələ verməklə imperializm səddini uçurmaq, azad və insani həyata çatmaq lazımdır. Allah-Taaladan İslam və müsəlmanlara əzəmət, şəhidlərə, şəhid Təbatəbaiyə rəhmət diləyirəm."

Nur-az.com