26 Noyabr 2018
Kafirlərə günahlarını artırmaq üçün möhlət verilməsi
Allah bütün insanlara, o cümlədən kafirlərə möhlət verir ki...
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا ۚ وَلَهُمْ عَذَابٌ مُهِينٌ
"Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır." (Ali-İmran, 178).
İzah: Ötən mətləbdə kafirlərin dünya rifahından daha çox faydalanmasının dəlillərindən biri olaraq tədricilik ənənəsindən söhbət açdıq. Bu sahədə Allahın digər ənənəsi isə möhlət verməkdir. Belə ki, Allah bütün insanlara, o cümlədən kafirlərə möhlət verir ki, bəlkə yanlış yoldan dönər, tövbə edər və ya günahını artırar və daha çox azğınlığa qərq olar. Bu, Allahın rəhmət nümunələrindəndir. Bəndələrini – bəhanələri kəsilməsinə baxmayaraq, – dərhal cəzalandırmır. Amma bu mərhəmət kafirlər üçün əks nəticə verir. Çünki onlar bu fürsətdən yararlanmır və öz əzablarını daha da ağırlaşdırırlar. Sözügedən iki ənənəyə – tədricilik və möhlət vermək – nəzərən kafirlərin dünyada rifah içində yaşamasının hikməti müəyyən qədər aydın olur.
Hədis: İmam Rza (ə): “Allaha and olsun ki, O, (kafirlərin günahını artırmaq üçün) möhlət verməkdən daha ağır əzab verməmişdir.” (Ricali-Kəşşi, səh. 554, hədis: 1045).