Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2018

Ölüm və ruhun alınması

Ölüm sizə kölgənizdən daha yaxındır
Ölümün qaçılmazlığı

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ

"Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir." (Ali-İmran, 185).

İzah: Məad və Axirət dünyası mövzusuna girməzdən öncə ölüm və onun özəllikləri haqqında söhbət açırıq. Din məntiqində ölüm yoxluq və məhv olmaq anlamını vermir. Əksinə, dinə görə, ölüm bir dünyadan başqa bir dünyaya köçməkdir. Ölüm Bərzəx aləminə giriş qapısı, Axirət mükafat və əzabının müqəddiməsidir. Hərçənd ki, əməllərin tam əvəzi Qiyamətdə olacaqdır. Yuxarıdakı ayə – bu mətləbi bəyan etməklə yanaşı – ölümün istisnasız və qaçılmaz olmasından söhbət açır. Bu ayənin məzmunu Quranda dəfələrlə təkrar olunmuşdur. Ölümü dadmaq ifadəsi onu tamamilə dərk etmək mənasını ifadə edir.

Hədis: İmam Əli (ə): “Ölüm sizə kölgənizdən daha yaxındır və ixtiyarınız özünüzdən daha çox onun əlindədir.” (Qürər əl-hikəm, c. 2, səh. 91, hədis: 1961).


4670 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP