Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2018

Yaradılışın hədəfi: ibadət və bəndəlik

Allah-Taala mütləq mənada zəngin və ehtiyacsızdır
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım." (Zariyat, 56).

İzah: Ötən mövzularda insanın yaradılış məqsədinə işarə olundu. Yer üzündə canişinlik və xəlifəlik, böyük ilahi əmanəti çiyinlərinə almaq hamısı bir həqiqətə işarə edən müxtəlif ibarələrdir və o, Allaha ibadət və bəndəlikdir. Allaha ibadət etməkdə məqsəd Onun qarşısında son dərəcə itaətkar və təvazökar olmaqdır. Məlumdur ki, Allah-Taala mütləq mənada zəngin və ehtiyacsızdır. Sözügedən məqsəd də Onun ehtiyacsız zatı ilə əlaqəli deyil. Əksinə, Rəbbi qarşısında xuzu və xuşu ilə öz yaradılışının təkamül nöqtəsinə çatmalı və Onun dərgahına yaxınlaşmalı olan insandır. Başqa sözlə, dünyanı yaratmaq Allaha hər hansı bir mənfəət vermir. Əksinə, bu hədəf bəndələrin özünə aiddir.

Hədis: İmam Əli (ə): Allah-Taala buyurmuşdur: “Ey Adəm övladı! Səni mənfəət əldə etmək üçün yaratmadım. Əksinə, səni yaratdım ki, məndən faydalanasan. Elə isə hər şeyin əvəzinə Məni seç. Çünki Mən hər şeyin əvəzinə sənin haminəm.” (Şərhi-Nəhcül-bəlağə, c. 2, səh. 319, hədis: 665).


5451 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP