26 Oktyabr 2018
İmanın mənası
İman və ya Allaha inamı əxlaqi inkişaf amillərindən biri hesab etmək lazımdır
قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُلْ لَمْ تُؤْمِنُوا وَلَٰكِنْ قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِنْ تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُمْ مِنْ أَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
"Bədəvilər - “Biz iman gətirdik!” – dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhimlidir!”" (Hucurat, 14).
İzah: Əxlaqi inkişaf amillərindən biri iman və Allaha inamdır. İman Haqq qarşısında təslimçilik və xuzu ilə müşayiət olunan qəti bilikdən ibarətdir. Buna görə də imanı etiqadla qarışdırmaq olmaz. Çünki iman hər bir fərdin etiqadlarının əməli yönüdür. Başqa sözlə, etiqadlar düşüncə və fikir mərhələsi ilə əlaqəlidir. İman isə o etiqadların əməldə özünü göstərməsidir. Bu baxımdan, iman və ya Allaha inamı əxlaqi inkişaf amillərindən biri hesab etmək lazımdır. Allah-Taala imanı xüsusi bəndələri üçün böyük nemət hesab etmiş və onun məqamının boş iddialardan daha yüksək olduğunu bildirmişdir.
Hədis: İmam Baqir (ə): “İman, iqrar və əməldir. İslam isə əməl (şərti) olmayan iqrardır.” (Kafi, c. 2, səh. 24, hədis: 2).