Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2018

Axırzamanda möminlərə hökumət vədi

...Allah bu vədi bizim soyumuzdan gələn bir nəfərin əli ilə həyata keçirəcəkdir...
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَنْ كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ

"Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir." (Nur, 55).

İzah: Quranın bir çox ayələri Axırzamanda qlobal dini hökumətin qurulacağına işarə edir. (Tövbə, 33; Fəth, 28; Səff, 9; Taha, 123; Əraf, 128 və s.) Bu ayələrdən biri sözügedən ayədir ki, Allahın bu mövzuda gözəl vədəsini aydın ifadə edir.

Hədis: İmam Səccad (ə): “Bu ayədə bizim şiələrimiz nəzərdə tutulurlar. Allah bu vədi bizim soyumuzdan gələn bir nəfərin əli ilə həyata keçirəcəkdir və o, bu ümmətin Mehdisidir (ə).” (Məcməül-bəyan, c. 7, səh. 249).


5063 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP