Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2018

Təkəbbür

Quran hətta ən kiçik təkəbbür nümunələrini də kəskin qadağan etmişdir.
إِنَّ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ إِنْ فِي صُدُورِهِمْ إِلَّا كِبْرٌ مَا هُمْ بِبَالِغِيهِ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ
"Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir." (Ğafir, 56).

İzah: Sözügedən ayəyə diqqət etdikdə aydın olur ki, Haqq qarşısında inadın və Allaha asi olmağın əsas səbəbi kafirlərin qəlbində təkəbbürün olmasıdır. Onun bariz nümunəsi İblisdir ki, özünü yüksəkdə gördüyü üçün Allah dərgahından qovuldu (Bəqərə, 34). Firon da məhz bu səbəbdən özünü Misirin tanrısı elan etdi (Qəsəs, 4). “Əraf” surəsinin 75-ci ayəsində Allah haqq və batil cəbhələrini özünü üstün görənlər və müstəzəflər olaraq yad edir ki, kafirlərin yolunu azmasının əsas səbəbini aydınlaşdırsın (Əraf, 75). Quran hətta ən kiçik təkəbbür nümunələrini də kəskin qadağan etmişdir. Dəfələrlə yer üzündə təkəbbürlə addımlayanları pisləmişdir. Qeyd edək ki, təkəbbürün müxtəlif mərtəbələri var. Ailə kimi ən kiçik ictimai birlikdən ən yuxarı dünyəvi məqamlara qədər gedib çıxır.

Hədis: İmam Əli (ə): “Təkəbbürdən çəkinin. Çünki o, Rəhman Allaha asi olmağın başlanğıcıdır.” (Qürərul-hikəm, c. 2, səh. 279, hədis: 2609).


4651 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP