Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2018

Məad ilahi ədalətin tələbidir

Əgər məad inancını insan həyatından çıxartsaq, yer üzündə zülm edən və fəsad törədənlər daha da çoxalacaq
أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

"Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı? Sizə nə olub, necə hökm verirsiniz?" (Qələm, 35-36).

İzah: Allah-Taala müxtəlif dolğun və təsirli ifadələrlə bəndələrini Qiyamət günündən və Axirət haqq-hesabından qorxutmuşdur. Çünki bəndələri günahdan çəkindirən ən mühüm amil ölümü və Qiyamət sorğusunu xatırlamaqdır. Bu ayə də məadın zərurəti ilə bağlı başqa bir dəlilə işarə edir. Belə ki, məadı, onun mükafat və cəzasını nəzərə almadıqda ilahi ədalət də bütünlüklə şübhə doğuracaqdır. Çünki bu halda mömin və kafir arasında heç bir fərqi qoyulmayacaq. Başqa sözlə, əgər məad inancını insan həyatından çıxartsaq, yer üzündə zülm edən və fəsad törədənlər daha da çoxalacaq, zülm, qətl və qan tökmək halları insan növünün varlığını təhlükəyə atacaqdır. Digər tərəfdən, Allahın əmr və qadağalarına tabe olanlarla tabe olmayanlar, müti bəndələrlə asi bəndələr arasında fərq olmalıdır ki, hamı fəsad və zülmə meyl etməsin

Hədis: İmam Rza (ə): “İnsan növünün davamlılığı və məsləhəti mütləq mənada bilici olan, heç bir şeydən xəbərsiz qalmayan şəxsə inanması ilə şərtlənmişdir ki, pis əməldən çəkinsin. (Dinə inam günahdan uzaq durmağa səbəb olur). (Üyuni-əxbari-Rza, c. 2, səh. 100, hədis: 1).


4800 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP