Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2018

Həqiqi imanın vəsfi

Həqiqi iman odur ki, Allahın bəndəsi öz dini inanclarında zərrəcə şübhəyə düşməsin
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ

"Möminlər ancaq Allaha və Onun elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır." (Hucurat, 15).

İzah: Burada imanın qisimlərinə işarə olunur. Həqiqi iman odur ki, Allahın bəndəsi öz dini inanclarında zərrəcə şübhəyə düşməsin və bütün varlığı ilə Allah yolunda cidd-cəhd etsin.

Hədis: İmam Əli (ə): “Bəndə o zaman imanı dada bilər ki, ona çatanın çatmaya və çatmayanın çata biləcəyini bilsin.” (Kafi, c. 2, səh. 58, hədis: 4).


4811 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP