Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2018

Bəzi bəlalar əməllərin cəzasıdır

Əgər padşahlar və qaniçənlər öz dəhşətli cinayətlərindən əl çəksəydilər...
وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَنْ كَثِيرٍ


"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır." (Şura, 30).

İzah: İnsanın azad olmasının mənfi tərəflərindən biri odur ki, bəzi bəndələr başqalarına zülm edir, onlara qətl, qan tökmək, yoxsulluq və s. kimi heç də xoş olmayan müsibətlər yaşadırlar. Bəli! Əgər padşahlar və qaniçənlər öz dəhşətli cinayətlərindən əl çəksəydilər, sərvət sahibləri və zorakı insanlar başqalarının iqtisadi hüquqlarını tapdamasaydılar, yoxsullara qarşı öz dini vəzifələrinə əməl etsəydilər, həyatda bu qədər faciə və xoşagəlməz hallara şahid olmazdıq. Bununla yanaşı diqqət etmək lazımdır ki, Allahın qəti ənənəsi belədir: Əgər kimsə Ona bəndəlik və ibadət yolunda addımlasa, təbii səbəb və amillər də onun yardımına tələsərlər. Amma küfr və itaətsizlik etsə, Allahın təbii nemətlərindən məhrum qalacaqdır. Odur ki, bir çox xoşagəlməz təbii və qeyri-təbii hadisələrin amili fəsad və bəşəri cinayətlərin çoxalmasıdır və bu mövzu ilahi ədalətlə ziddiyyət təşkil etmir.

Hədis:
Peyğəmbər (s): “İnsan bədəninin bir ağacla cızılması və ya ayağının büdrəməsi onun etdiyi günahın nəticəsidir.” (Məcməül-bəyan, c. 9, səh. 47).


4857 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP