Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2018

Dünyanın aldadıcı təzahürləri

Dünyanı məzəmmət etməyin ən ifadəli yollarından biri Allahın dünyanın müvəqqəti olması üçün göstərdiyi misallardır.
اعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَامًا وَفِي الْآخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرِضْوَانٌ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ


"Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir." (Hədid, 20).

İzah: Dünyanı məzəmmət etməyin ən ifadəli yollarından biri Allahın dünyanın müvəqqəti olması üçün göstərdiyi misallardır. Bu ayədə həmin misallardan biri qeyd olunmuşdur. Bəzi təfsirçilər yuxarıdakı ayəni həyatın müxtəlif mərhələlərinə bölmüş və bildirmişlər ki, uşaqlıqda dünyanın təzahürü oyun, yeniyetməlikdə boş məşğuliyyətlər, gənclikdə gözəllik və özünü göstərmək, orta yaşda mal və vəzifə ilə fəxr etmək, qocalıqda isə övlad və nəvələrin çoxluğudur.

Hədis: İmam Əli (ə): “Dünya dəbdəbəsindən uzaq olmaq ağlın meyvəsidir.” (Qürərul-hikəm, c. 4, səh. 88, hədis: 4879).


4998 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP