26 İyun 2018
Günaha israr etməmək
Əgər tövbəkarda tövbə əlaməti görünməsə, tövbə etməmişdir
وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَىٰ مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ أُولَٰئِكَ جَزَاؤُهُمْ مَغْفِرَةٌ مِنْ رَبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
"O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və (ağacları) altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!" (Ali-İmran, 135-136).
İzah: Tövbənin də digər bir çox ayinlər kimi bir sıra şərtləri və qaydaları var. Tövbənin şərtlərindən biri günaha israr etməməkdir. Tövbənin qəbul olunma şərti odur ki, tövbəkar günah işlədiyinə görə həqiqətən peşmançılıq duysun, dil və qəlb dairəsindən kənara çıxsın. Yuxarıdakı ayə tövbə edənləri mədh etməklə yanaşı sözügedən mətləbə də işarə edir.
Hədis: İslam peyğəmbəri (s): “Əgər tövbəkarda tövbə əlaməti görünməsə, tövbə etməmişdir. Tövbə əlaməti şikayətçiləri razı salmaq, namazların qəzasını qılmaq, camaatla təvazökar olmaq, özünü nəfsani istəklərdən uzaq tutmaq, oruc tutmaqla özünü (Allaha) tabe etməkdir.” (Camiul-əxbar, səh. 87).