16 Aprel 2018
ÖZÜNÜ SINDIR GÜZGÜNÜ NİYƏ SINDIRMAQ?!
Məgər özün dünyaya aldanmamısan ki, onu sərzəniş edirsən?!
Baxmayaraq ki, bir kişi dünyanın maddi işlərinə qərq olmuşdu, amma camaatı aldatmaq üçün ah və nalə ilə dünyaya pis baxır və onu sərzəniş edirdi. (Məsələn deyirdi: Ey namünasib ruzigar, ey alçaq dünya və s.)
İmam Əli (əleyhissalam) onun öz işlərinin günahını dünyanın boynuna atdığını gördükdə buyurdu:
“Ey dünyaya pis deyən kişi və onu alçaq hesab edən adam! Baxmayaraq ki, özün dünyaya aldanmısan və onun bihudəliklərinin düşkünü olmusan!
Məgər özün dünyaya aldanmamısan ki, onu sərzəniş edirsən?!” Sən gərək dünyanı günahkar biləsən yoxsa dünyanın səni günahkar bilməyə haqqı vardır?! Nəvaxt dünya sənə aşiq oldu? Nə vaxt və harada səni aldatdı? Səninlə hansı naz və qəmzəni etdi? Olmaya səni atalarının çürümüş cəsədləri ilə aldatdı? Yoxsa analarının qəbrin içərisində yatdığı yer səni məğrur etdi? Nə qədər onların diri qalmaları üçün əl-ayağa düşdün və müalicəyə üz tutdun ki, o zəhmətlərin səmərəsiz qaldı və sənin ağlayıb sızlamağın heç bir fayda vermədi. Belə ki, onların ölümünün qarşısını ala bilmədin və dünya isə elə həmin mənzə-rələrlə öz gələcəyini mücəssəm etdi və qətligahını nişan verdi...
Lakin bil, həmin dünya sidq səfa və düzlük yeridir. Bu da elə bir adamlar üçündür ki, onunla düzlük, səfa-səmimiyyətlə davranıblar. Dünya sağlamlıq evidir o kəslər üçün ki, onu dərk edələr. Eləcə də ehtiyacsızlıq evidir o adamlar üçün ki, ondan düzgün istifadə edələr. Nəsihət yeridir onlar üçün ki, nəsihət qəbul edən qəlbləri olmuş olsun.
Dünya Allahın dostlarının məscidi, yarada-nın mələklərinin namazqılan yeri və Allahın vəhyinin nüzul olduğu yer. Eləcə də Allah övliyalarının ticarətgahıdır. Onlar həmin dünyada Allahın rəhmətini kəsb edərək və behişti qazanırlar...
Buna görə də dünya bir güzgüdür ki, yaxşı və pisi göstərir və əgər insan özü pis olarsa güzgüyə pis deməməlidir ki, deyiblər: “Özünü sındır güzgünü sındırmaq niyə!?”
Nəhcül-Bəlağə