Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2017

GÜNAHIN BU DÜNYADAKI NƏTİCƏLƏRİ HAQQINDA QURAN AYƏLƏRİ

«Nə qədər ki, insanlar öz halını dəyişdirmir, Allah onların halını dəyişdirməz.»
Quranda günahın nəticələri haqqında onlarla ayə mövcuddur. Burada o ayələrdən bir neçəsini nəzərdən keçirək:

1. «Bəqərə» surəsinin 59-cu ayəsində oxuyuruq:
«Zalımlara zülm etdikləri üçün göydən əzab nazil etdik».

2. «Maidə» surəsinin 49-cu ayəsində oxuyuruq: «Allah onları bəzi günahlarına görə cəzalandırmaq istəyir».

3. “Ənam» surəsinin 6-cı ayəsində oxuyuruq: «Onları etdikləri günaha görə həlak etdim».

4. “Əraf» surəsinin 96-cı ayəsində oxuyuruq: «Onları əməllərinə görə cəzalandırdıq».
5. «Nəml» surəsinin 52-ci ayəsində Allah-təala buyurur: «Bu onların evləridir ki, zülm etdiklərinə görə boş qalıbdır».

6. «Nuh» surəsinin 35-ci ayəsində oxuyuruq: «Onlar günahlarına görə qərq oldular».

7. «Şəms» surəsinin 14-cü ayəsində oxuyuruq: «Batdıqları günaha görə Rəbbləri gurultulu bir əzab göndərdi, onların yurd-yuvasını yerlə yeksan elədi ».

8. «Rəd» surəsinin 11-ci ayəsində oxuyuruq: «Nə qədər ki, insanlar öz halını dəyişdirmir, Allah onların halını dəyişdirməz.»

9. «Mütəffifin» surəsinin 14-cü ayəsində oxuyuruq: «Xeyr, elə deyil! Kafirlərin qəlbi qazandığı günahlardan pas atmışdır».

10. «Şura» surəsinin 30-cu ayəsində oxuyuruq: «Başınıza nə müsibət gəlirsə, bu sizin öz işlərinizin nəticəsidir. O, çoxunu isə əfv edir».

Maraqlı budur ki, İmam Əli (ə) deyir:
Peyğəmbər (s) buyururdu ki: «Quranda ən yaxşı ayə bu ayədir».
Sonra Peyğəmbər (s) buyurur: «Ey Əli! Hətta adi taxta parçasından dəyən zərər və insanın ayağının büdrəməsi də etdiyi günahın nəticəsidir».


5151 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP