15 Noyabr 2017
İNSANIN İXTİYARLI MƏXLUQ OLMASINA AİD DƏLİLLƏR
Gördüyümüz bəzi işlərdən peşman oluruq
1. Tərəddüd: Bir işi görmək istəyəndə tərəddüd edirik. Yəni bu işi görüm, yoxsa görməyim. Bu, bizim ixtiyarlı olmağımıza dəlalət edir.
2. Peşman olmaq: Gördüyümüz bəzi işlərdən peşman oluruq. Deməli, bu işi etməyə də bilərik.
3. Ədəbləndirmək: Bir şəxsi ədəbləndirmək istəyirik. Bu onu göstərir ki, o şəxsdə də ədəblənmək qabiliyyəti və iradəsi mövcuddur. Deməli, o ixtiyar sahibi olan bir şəxsdir.
4. Tənqid: Bir-birimizin işlərimizi tənqid edirik. Deməli, biz insanlar tənqid olunmamaq üçün düzgün hərəkət edə bilərdik. Nəticə alırıq ki, müxtəlif bəhanələri, «biz məcburuq», «bizi Allah bu cür yaradıb», «dostlarım məni pis yola çəkdi» və bu cür üzrlər və yalançı pərdələrlə günah məsuliyyətindən boyun qaçırmaq olmaz.