05 Noyabr 2017
Kəramətlərin təcəssümü
Sən həm təbibsən, həm alimsən, həm də...
Dərdli bir yoxsul İmam Əlinin (ə) hüzuruna gəlib dedi: “Mənim üç xəstəliyim var: cismani xəstəlik, yoxsulluq və cəhalət.” Həzrət (ə) buyurdu: “Ey ərəb qardaş! Bədəninin xəstəliyini görə təbibə, cəhalətə görə alimə, yoxsulluğa görə varlı birinə müraciət etməlisən.” Ərəb dedi: “Sən həm təbibsən, həm alimsən, həm də səxavətlisən!” Əmirəlmöminin (ə) göstəriş verdi ki, ona beytül-maldan üç min dirhəm pul versinlər.” Ona dedi: “Min dirhəm xəstəliyin üçün, min dirhəm yoxsulluğun üçün, min dirhəm də cəhalətin üçün!” (“Cameul-əxbar”, 138)