21 Oktyabr 2017
ŞEYTANİ SİYASƏTLƏRLƏ MÜBARİZƏ YOLU
Əgər Allahı dost tutursunuzsa şəhadət arzusunda olun
İndi bir adam bir növ siyasət oyunları qarşısında dayanmaq istəsə nə etməlidir? Yolu nədir?
Yol, həmin İmam Hüseynin (ə) göstərdiyi yoldur. Bu cür siyasətbazların qarşısında durmağın birinci şərti dünyaya bağlanmamaqdır. [Dünyaya ürək bağlamamaqdır]. İmam Hüseyn (ə) öz övladlarını, dostlarını elə tərbiyyə etmişdi, elə ki on üç yaşlı bir yeniyetmə şəhid olub, olmayacağını İmam Hüseyndən (ə) xəbər alır, həzrət buyurur: «Ölümün dadı səncə necədir?» Cavan deyir: «Ölümün dadı mənim üçün baldan da şirindir.»
Bu zahirdə deyilmiş şüar deyildi. Qasim ibni Həsən öz əmisinin yanında şüar demirdi. Söylədikləri qəlbinin dərinliyindən süzülüb gələn sözlər idi. Ölümün on üç yaşlı bir yeniyetmənin kamında baldan şirin olmasını təsəvvür edə bilirsinizmi? Ələbəttə hər ölüm belə olmur. Allah yolunda, vəzifə borcu üçün, islama xidmət yolundakı ölüm belə bir xüsusiyyətə malikdir, yoxsa ölümün də şirinliyi olmaz ki. Söhbət şəhadətdən getdiyi üçün həzrət soruşdu «ölümə necə baxırsan?»
Bizim Hüseynin (ə) yolu ilə getməmiz üçün bu cür şeytani oyunlar qarşısında müqavimət göstərməliyik. Əvvəl həmin ruhiyyəni tapmaq lazımdır.
Əgər Allahı dost tutursunuzsa şəhadət arzusunda olun. Şəhadəti arzu edən, məhbubunun görüşünü arzu etməzmi? Biz gərək bunları öyrənək. Gərək bu yolla hərəkət edək. Dünya arzularına o qədər də bel bağlamamalıyıq. Dünyanın bər-bəzəklərinə aldanmamalıyıq. Allah yolunda, müqəddəs amallar uğrunda şəhadəti ən böyük iftixar bilməliyik. Belə olan surətdə dini, milli dəyərlərimizi qoruya bilərik. Bu imam Hüseynin (ə) bizə öyrətdiyi dərsdir. Necə ola bilər biz Hüseynçi olmaq istəyirik, ona ehtiram göstərib, xatirəsini əziz tuturuq, amma bununla belə ondan bu cür dərsləri öyrənə bilməmişik? Bizim yeniyetmələr arasında Qasim ibni Həsəndən nümunə götürəcək adamlar çoxdur. Eləcə də Həbib ibni Məzahirə yoldaş olacaq yaşlılarımız var. Biz bu karvandan geri qalmamalıyıq. Allah yolunda, millət uğrunda şəhadəti şərəf, iftixar bilmək bizim qəlblərimizin açarıdır. Əgər müharibə olsa, şəhadətə hazır olmalıyıq. İmamın yanına nə qədər cavan gəlib ixtimas edirdilər ki, ağa dua edin biz də şəhadətə çataq. Təəssüflər olsun ki, bu günlər belə dəyərlər unudulur. Ancaq Hüseynin (ə) adının bərəkətindən bu dəyərlər yenidən dirçəlməlidir.