Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2017

ZEYNƏBDƏN ÖYRƏNİLƏSİ DƏRS

Şəhid və məhbus anaları, onların həyat yoldaşları Zeynəbi-Kubranın hərəkət yollarını diqqətlə izləməklə öz mühüm vəzifələrindən agah olmalıdırlar
Tarix göstərir ki, Zeynəb zəmanə imamının göstəriş və tövsiyələrinə sözsüz əməl edirdi. Bu qısa cümələlər onun lətif və möhkəm ruhunda elə ciddi təsir buraxdı ki, nəinki təkcə heç bir müsibət qarşısında sarsılıb şikayət etmədi, hətta dağ kimi, dağdan da möhkəm müqavimətlə mübarizəni davam etdirdi. Baxmayaraq ki, onun dağlı sinəsinə oturan hər təzə dərd, müsibətlərinə əlavə olan hər yeni müsibət güc və taqətini əlindən alırdı, lakin Zeynəb var qüvvəsi ilə çalışırdı ki, bu müsibətlər onu əldən salmasın, bu saysız-hesabsız dərd-bəlalar onu mühüm vəzifəsinin icrasından saxlamasın.
O, qiyamın hədəf və məqsədlərini çatdırmaq barədə öz imamının tövsiyələrinə əməl etməklə sübut etdi ki, həqiqi mömin kimi dağdan möhkəmdir, zillət və müsibətlərə boyun əyməz. Bəli, Zeynəbin tükənməz müsibət dalğaları qarşısında səbr və yenilməzliyi, əbədi olaraq onun adını ilahi vəzifənin icrası yolunda səbr və yenilməzlik simvoluna çevirdi.
Şəhid və məhbus anaları, onların həyat yoldaşları Zeynəbi-Kubranın hərəkət yollarını diqqətlə izləməklə öz mühüm vəzifələrindən agah olmalıdırlar. Onlar müsibət və çətinliklər qarşısında ən gözəl və nümunəvi səbr nümayiş etdirərək Zeynəbdən dərs alıb özlərini onun məktəbinin davamçısı bilsinlər və Allah yolunda olan bütün çətinlikləri Zeynəb kimi asan və gözəl hesab etsinlər.


5277 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP